Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciət edib.
Müəllif: Dəyanət от 12-04-2018, 00:00
Prezident seçkilərinin nəticələrinə görə ölkənin hazırki Prezidenti İlham Əliyev parlaq qələbə qazanaraq növbəti Prezidentlik üçün xalqın mandatını qazanmışdır. Dövlət başçısı bu etimada görə ona səs verən hər kəsə təşəkkür edib:
"Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərdi. Bu etimada, böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirirəm.Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir”.
İlham Əliyev qeyd edib ki, aprel döyüşlərində torpaqlarımızın bir hissəsi işğaldan azad edilib: "Həmin torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək, işğal altındakı torpaqlarımızda bayraqlarımız dalğalanacaq”.
Dövlət başçısı vbir daha əminliyini ifadə edib ki, bu gün Azərbaycan dünyanın ən rəqabət qabiliyyətli ölkələrindən biridir: "Siyasətimizin mərkəzində həmişə Azərbaycan xalqının rifahı durur. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir. Avrasiyanın nəqliyyat və energetika xəritələri yenidən tərtib olunur. Heç vaxt Azərbaycan dövləti bu qədər güclü olmayıb. Biz güclü Azərbaycan qurmuşuq və daha güclü Azərbaycan quracağıq. Yeni qələbələrə doğru!”.
Oxşar postlar:
- Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib
- Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
- Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini-xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Mehriban Əliyeva: "Aprel hadisələri dövlətimizin qüdrətini, Azərbaycan xalqının birliyini göstərdi "
- Prezident İlham Əliyev: "Aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələndi"
- Oxunub: 6 318
- Şərhlər: 0
- Bölmə: Xəbərlər
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)
Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – IV yazı
" Yenə də çiçəkdi, güldü bu dünya "
Bu dadlı nemətləri qoyub, insanlar spirtli içkilər niyə içsin?
Eşqimiz bir şirin sevda
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – II yazı
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – I yazı
Gövhər də üzülüb çatlayar tamam, Sərrafdan almasa düz qiymətini
Sülhməramlı missiya tərəflər arasında tərəf olmamalıdır
Yazarlar