» » İçərişəhərdə “Bahar qalası” adlı Novruz şənliyi təşkil edilib

İçərişəhərdə “Bahar qalası” adlı Novruz şənliyi təşkil edilib


İçərişəhərdə “Bahar qalası” adlı Novruz şənliyi təşkil edilib

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq baharın müjdəçisi olan Azərbaycan xalqının qədim, milli adət-ənənələri ilə zəngin Novruz şənlikləri təşkil edib.
AZƏRTAC xəbər verir ki, martın 20- də İçərişəhərdə Qoşa Qala qapısında "Bahar qalası” adlı Novruz şənliyi keçirilib.
Şənlikdə paytaxt sakinləri, şəhərimizin qonaqları, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri iştirak ediblər.
Səhər saatlarından başlayan Novruz şənlikləri bayramın personajları olan Kosa və Keçəlin qonaqları salamlaması ilə başlayıb.
Bayram şənliyində milli-tətbiqi sənət məhsulları, suvenirlər, rəsm əsərləri, broşürlər, açıqcalar, yerli sənətkarların hazırladıqları əl işləri, suvenirlərin satış-sərgisi nümayiş olunub. Bununla yanaşı, paytaxt sakinləri və şənlikdə iştirak edən qonaqlar Azərbaycan mətbəxinin ləziz təamları və bayram şirniyyatlarından dadıblar.
Özbəkistan, Tacikistan, Qırğızıstan, Rusiya, Türkiyə, eyni zamanda ölkəmizin adət-ənənəsini əks etdirən bayram çadırları qurulub. Burada hər bir ölkənin milli adət və ənənəsinə məxsus kulinariya, geyim, suvenir və sairə nümayiş olunur.
Sonra bayram maraqlı və rəngarəng konsert proqramı ilə davam edib.
Milli muğamlarımız, estrada musiqisi, rəqs qruplarının ifası paytaxt sakinləri və şəhərimizin qonaqlarına əsl bayram ab-havası bəxş edib. Novruz adətlərinin də yer aldığı konsertdə yerli ifaçılarla yanaşı, İran, Rusiya, Özbəkistan, Türkmənistan folklor qruplarının nümayəndələri öz təbriklərini çatdırıblar.
Qeyd edək ki, Novruz şənlikləri İçərişəhərdə martın 26-dək davam edəcək.

İçərişəhərdə “Bahar qalası” adlı Novruz şənliyi təşkil edilib

Mənbə:https://azertag.az/xeber/Icheriseherde_Bahar_qalasi_adli_Novruz_senliyi_teskil_edilib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz