» » Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib

Müəllif: Dəyanət от 5-02-2018, 15:00
Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib
Növbədənkənar Prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.
Prezident İlham Əliyev fevralın 5-də "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb.
"Ana və Uşaq” AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib.
AHİK-in V qurultayının nümayəndələri qarşıdakı seçkilərdə namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə Prezident İlham Əliyevə müraciət ediblər.

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz