» » “Asiyanın Qəlbi - İstanbul Prosesi”

“Asiyanın Qəlbi - İstanbul Prosesi”

[video=https://www.youtube.com/watch?v=0N44j27kZCI]

Dekabrın 1-də Bakı daha bir beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etdi. Paytaxtımızda "Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirildi.
Konfransda Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani, bir çox ölkələrin XİN rəhbərləri və rəsmi nümayəndələri iştirak ediblər.
Ölkə başçısı çıxış edərək indiyədək həllini tapmayan Dağlıq Qarabağ problemindən, beynəlxalq əməkdaşlıqdan, iqtisadi sahədə həyata keçirilən layihələrdən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən, respublikamızın sülhməramlı əməliyyatlarda iştirakından danışıb.
Konfransın yekununda qəbul olunan bəyannamədə dünya dövlətlərinin Azərbaycanın təklif etdiyi əməkdaşlığı dəstəklədiyinə bir daha şahid olduq: "Biz Əfqanıstanın Asiyanın Qəlbi regionunda regional uzlaşma və iqtisadi inteqrasiyanın təşviqində təbii torpaq/quru körpü rolunu qeyd edirik və biz regional iqtisadi əməkdaşlığı daha da genişləndirmək məqsədilə Əfqanıstanın öz coğrafi yerləşməsindən faydalanma səylərinə qəti dəstəyimizi bir daha bəyan edirik. Biz iqtisadi inkişafın Əfqanıstanda, regionda uzunmüddətli sülh və sabitliyə töhfə verəcəyini və regional iqtisadi inteqrasiyanı genişləndirəcəyini vurğulayırıq”.
Beləliklə, Azərbaycanın təklif etdiyi qarşılıqlı faydalı əməkdaşlıq modeli "Asiyanın Qəlbi-İstanbul Prosesi” çərçivəsində də birmənalı olaraq dəstəkləndi. Ümumilikdə bu konfrans Azərbaycanın beynəlxalq nüfuzunu, sülhə, əməkdaşlığa, təhlükəsizliyə verdiyi töhfələrin dünya ölkələri tərəfindən böyük rəğbətlə qarşılandığını bir daha nümayiş etdirdi.
 

“Asiyanın Qəlbi - İstanbul Prosesi”

 

 Mənbə: İnternet resursları

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz