» » Estoniyadakı Azərbaycan həftəsonu məktəbi milli azlıqlar günündə iştirak edib

Estoniyadakı Azərbaycan həftəsonu məktəbi milli azlıqlar günündə iştirak edib

Estoniyadakı Azərbaycan həftəsonu məktəbi milli azlıqlar günündə iştirak edib

Sentyabrın 24-ü Estoniyada Milli azlıqlar günü kimi qeyd olunur. Bir həftə ərzində Estoniyada milli azlıqlar gününə həsr olunan müxtəlif mövzulu tədbirlər bütün keçirilib.
Yekun tədbir olaraq sentyabrın 24-də Tallin şəhərinin Ratuşa meydanında etnoyarmarka təşkil olunub, eyni zamanda, şəhərin baş meydanında yerləşən "Müəllimlər evində" tədbir keçirilib.
Tədbirdə "Orhan" Azərbaycan həftəsonu məktəbi doğma Vətənimizi layiqincə təmsil edib. Məktəbin rəhbəri Sənəm Əliyeva Azərbaycan xalçaçılıq sənətindən söhbət açıb və qonaqları Azərbaycan xalça sənətinin nümunələri ilə tanış edib.
Sonra qonaqlar Azərbaycanın qədim ornamentlərindən olan butanın tikilməsi və bəzədilməsinə həsr olunmuş guşəyə baxıblar. Məktəbin rəsm müəllimi Rövşən Quliyevin hazırladığı "Bakı-Tallin" kompozisiyası qonaqlar tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycana həsr olunan üçüncü guşədə isə Azərbaycan milli rəqslərinin tarixindən söhbət açılıb və iştirakçılar "Yallı” rəqsinin elementləri ilə tanış olublar.
Tədbirin konsert hissəsində Həftəsonu məktəbin şagirdlərinin ifasında Azərbaycan mahnısı səsləndirilib. Sonra şagirdlər "Tərəkəmə” və "Naz eləmə" rəqslərini ifa ediblər. Sonda qonaqlara milli şirniyyatlarımız təqdim olunub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin

Estoniyadakı Azərbaycan həftəsonu məktəbi milli azlıqlar günündə iştirak edib

 

Estoniyadakı Azərbaycan həftəsonu məktəbi milli azlıqlar günündə iştirak edib

 

Mənbə:http://azertag.az/xeber/Estoniyadaki_Azerbaycan_heftesonu_mektebi_milli_azliqlar_gununde_istirak_edib-995601


 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz