» » Masallıda şəhid anasına yeni yaşayış evinin açarları təqdim olunub

Masallıda şəhid anasına yeni yaşayış evinin açarları təqdim olunub

Masallıda şəhid anasına yeni yaşayış evinin açarları təqdim olunub

Sentyabrın 24-də Masallı rayonunun Güllütəpə kəndində bu ilin aprel ayında cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə həlak olmuş Milli Ordunun əsgəri Firdovsi Bağırzadənin ailəsi üçün inşa edilmiş ikimərtəbəli fərdi yaşayış evinin açarları şəhidin anasına təqdim olunub.
AZƏRTAC xəbər verir ki, rayonun daxili imkanları hesabına tikilən yaşayış evi mebel və məişət avadanlığı ilə təmin edilib. Evin ikinci mərtəbəsində olan otaqların birində şəhid əsgərin hərbi xidmətini əks etdirən fotoşəkillər və şəxsi əşyaları saxlanılır.
Bu münasibətilə keçirilən mərasimin iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şəhid əsgərin ruhuna dualar oxunulub.
Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, Vətən müqəddəsdir, onu qorumaq hamımızın borcudur. Bu ilin aprel ayında cəbhənin Tərtər rayonu istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olan Firdovsi Bağırzadə ilə bütün masallılılar fəxr edirlər.
Milli Məclisin deputatı Nəriman Əliyev, Güllütəpə kənd ərazi üzrə nümayəndəsi Əlövsət Muradov, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, kənd ağsaqqallı Mirsahib Mütəllimov, şəhidin dayısı Ağamir İbrahimov aprel döyüşlərində Milli Ordumuzun hərbi qulluqçularının qəhrəmanlıqlarından danışaraq, şəhidlərin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildiriblər.
Sonra evin açarları və müqəddəs Qurani-Kərim şəhid Firdövsi Bağırzadənin anası Sehranə İbrahimovaya təqdim olunub.
S.İbrahimova ailəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Masallıda şəhid anasına yeni yaşayış evinin açarları təqdim olunub

Masallıda şəhid anasına yeni yaşayış evinin açarları təqdim olunub

Masallıda şəhid anasına yeni yaşayış evinin açarları təqdim olunub

Mənbə:http://azertag.az/xeber/Masallida_sehid_anasina_yeni_yasayis_evinin_acharlari_teqdim_olunub-995551

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz