» » Əli Həsənov: "Etnik separatizmlə oynamaq olmaz "

Əli Həsənov: "Etnik separatizmlə oynamaq olmaz "

Müəllif: Dəyanət от 20-11-2017, 17:30

Azərbaycanın təşəbbüsü ilə keçirilən bu Beynəlxalq Forum ərazi bütövlüyü pozulmuş, əhalisi öz yurd-yuvasından didərgin salınmış xalqlara, dövlətlərə və onların apardığı mübarizəyə dəstək olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə "Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə müsahibəsində deyib.
Prezidentin köməkçisi bildirib: "Biz uzun illərdir Avropaya, dünyaya xəbərdarlıq edirdik ki, etnik separatizmlə oynamaq olmaz. Etnik separatizmlə oynamaq sonda xalqlar və dövlətlər arasında münaqişəyə gətirir, qanlı münaqişələr törədir və bunun nəticəsində də insanlar əziyyət çəkir. Azərbaycan neçə illərdir ki, bu əziyyətin hər üzünü görüb - didərginliyi də, qaçqınlığı da, məcburi köçkünlüyü də, minlərlə insanın qətlə yetirilməsini də, insanların evsiz-eşiksiz qalmasını da. İndi Avropa öz üzərində bu təhlükəni, etnik separatizmlə oynamağın acı nəticələrini görəndən sonra bizim haqq səsimizə səs verdi. Bugünkü Forum bunun əyani təsdiqidir. İspaniyanın ərazi bütövlüyü onun milli haqqıdır, dövlətin milli hüququdur və heç kim tərəfindən pozula bilməz. Bu, beynəlxalq hüququn təməl prinsiplərindən biridir. Düşünürəm ki, Avropa İttifaqı İspaniyanın ərazi bütövlüyünün dəstəklənməsində yekdillik nümayiş etdirdiyi kimi, eynilə digər xalqların, dövlətlərin həyatında baş verən etnik separatizmə də adekvat münasibət sərgiləyəcək, Azərbaycanın ərazi bütövlüyünü indiyədək necə tanıyırdısa, bundan sonra da tanıyacaq. Amma ərazi bütövlüyünün tanınması ilə məsələni bitmiş hesab etmək olmaz. İnanırıq ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü pozmuş, torpaqlarını işğal etmiş Ermənistana qarşı daha təsirli tədbirlər görəcək, bu işğalçı dövlətə ciddi ictimai qınaq nümayiş etdirəcək.
 

Əli Həsənov: "Etnik separatizmlə oynamaq olmaz "

 

Mənbə: https://azertag.az/xeber/Ali_Hesenov_Etnik_separatizmle_oynamaq_olmaz_
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz