» » Xalq Şairi Qabil İmamverdiyevin xatirə gecəsi keçiriləcək

Xalq Şairi Qabil İmamverdiyevin xatirə gecəsi keçiriləcək


Sentyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Şairi Qabil İmamverdiyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunacaq xatirə gecəsində şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. Şairin yaxınları, poeziya dostları onun haqqında xatirələrini bölüşəcəklər. Həmçinin şairin həyat və yaradıcılığını əks etdirən sərgi açılacaq.
Tədbir çərçivəsində konsert proqramı da nəzərdə tutulur.
Xalq Şairi Qabil İmamverdiyevin xatirə gecəsi keçiriləcək
 
Mənbə: http://azertag.az/xeber/Xalq_Sairi_Qabil_Imamverdiyevin_xatire_gecesi_kechirilecek-995566

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz