» » Məktəblilər İslam ölkələrinin tarixi və mədəniyyəti haqqında məlumatlandırılıblar

Məktəblilər İslam ölkələrinin tarixi və mədəniyyəti haqqında məlumatlandırılıblar

Məktəblilər İslam ölkələrinin tarixi və mədəniyyəti haqqında məlumatlandırılıblar

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "İslam həmrəyliyi: Azərbaycan 2017 - müasir baxış” layihəsi çərçivəsində maarifləndirmə tədbiri təşkil olunub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, Cəbrayıl rayonu K.Məmmədov adına Böyük Mərcanlı orta məktəbi, 2 nömrəli Xocavənd orta məktəbi, Bakı şəhəri 21 və 24 nömrəli orta məktəblərin şagirdlərinə İslam ölkələri ilə bağlı ətraflı məlumatlar verilib. Eyni zamanda, mövzuya dair bukletlər paylanıb, şagirdlər layihə çərçivəsində elan edilən "İslam həmrəyliyi uşaqların gözü ilə” foto, rəsm və yazı müsabiqələrində iştirak etməyə dəvət olunublar. Tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan layihənin məqsədi məktəblilərə İslam ölkələrinin tarixini və mədəniyyətini aşılamaqdan ibarətdir.

Mənbə:https://azertag.az/xeber/Mektebliler_Islam_olkelerinin_tarixi_ve_medeniyyeti_haqqinda_melumatlandiriliblar-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz