» » Tramp Konqresdən proqramının ləğv edilməsini xahiş edəcək

Tramp Konqresdən proqramının ləğv edilməsini xahiş edəcək

Tramp Konqresdən  proqramının ləğv edilməsini xahiş edəcək

Oktyabrın 31-də Nyu-Yorkda terror hücumu törədən Seyfullah Saipovu "heyvan" adlandıran prezident Donald Tramp ABŞ Konqresindən belələrinin Amerikaya daxil olmasına imkan yaradan "green card” lotereyasına son qoymağa çağırıb.
Proqramı "zəncirvari immiqrasiya” adlandıran Tramp deyib ki, bundan sonra ABŞ-a ancaq ölkəyə "layiqli xidmət" göstərə biləcək insanların daxil ola biləcəyi yeni proqramı dəstəkləyəcək.
Ağ Evin rəhbəri Saipovu mühakimə gözləyərkən Quantanamo hərbi həbsxanasına göndərilməsini bəyan edib.
Rəsmi "Diversifikasiya lotereyası” kimi tanınan "green card” lotereyası 1990-cı ildə qanun kimi qəbul olunub və 1995-ci ildə qüvvəyə girib. Proqram çərçivəsində ABŞ-a immiqrasiya üçün təxminən 50 min viza verilir.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Mənbə:https://azertag.az/xeber/Tramp_Konqresden_green_card_proqraminin_legv_edilmesini_xahis_edecek-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 54
  • Məqalələri: 874
^
Tramp Konqresdən “green card” proqramının ləğv edilməsini xahiş edəcək.
O zaman ən böyük təşəkkürü özüm edəcəyəm, Tramp Mən SenatdanCənab Trampın qərarını dəstəkləməsini arzu edərdim. Bilirsiniz, nə qədər xeyir-dua qazanacaqsınız?!

Mənbə: http://qafqazinfo.az/news/detail/azerbaycanda-greencard-muracietleri-rekord-hed
de-catdi-201391

2017-ci ildə yüzlərlə azərbaycanlının, hətta bəzi məşhurların Greencard proqramı vasitəsilə ABŞ-da yaşamaq hüququ qazanması, ölkəmizdə bu proqrama ciddi maraq formalaşdırıb.

"Qafqazinfo" xəbər verir ki, bu haqda Greencard Azerbaijan şirkətinin rəsmisi Royal Cəfərov məlumat verib. Bildirib ki, 2017-ci ilin may ayında qalib olan azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə təxminən 2 dəfə çox olub. Bunun əsas səbəbi proqram haqda məlumatlı olan şəxslərin ildən-ilə artmasıdır. Burada həm şirkətimizin ölkədə apardığı məlumatlandırma prosesinin, həm də qalib gələn şəxslərin ətraf dairəsinin ciddi rolu var. Çünki daha əvvəl belə biri imkanın reallığını müzakirə edən şəxslər, yaxın qohum, tanışları artıq ABŞ-a yola düşəndə bizlə əlaqə saxlayıb müraciət etmək istədiklərini bildirirlər. Bu il hər gün 300-ə yaxın şəxs müraciət formunu tamamlayır. Bunu nəzərə alsaq üzümüzə gələn ilin May ayında azərbaycanlı Greencard qaliblərinin təxminən 1000 nəfər olacağını proqnoz edə bilərik.

Greencard proqramı nə üçün bu qədər insanın maraq obyektidir?

Çünki bu proqram ABŞ-da qanuni yaşamaq və işləmək icazəsi əldə etmək üçün ən asan yoldur. Müraciət zamanı nə ingilis dili biliyi, nə də hər hansı ödəniş tələb olunmur. Bu vəsiqəni qazanmaq üçün ABŞ dövlətinin ildə bir dəfə keçirdiyi lotoreya proqramına müraciət etmək yetərli olur və yaşından asılı olmayaraq orta məktəb təhsili olan hərkəs müraciət edə bilir. Bu səbəbdən ölkəmizdə müraciət rəqəmləri hər il artan tempdə davam edir. 90-cı illərdən bəri bütün dünyadan hər il 50.000 nəfər bu proqramla ABŞ-a köçür. Bu vəsiqənin digər üstün cəhəti də odur ki, Greencard qalibləri, Amerika vətəndaşları ilə eyni hüquqlara malik olurlar və ABŞ-da istər dövlət istərsə də özəl şirkətlərdə işləyə bilərlər.

Greencard proqramı ölkəmiz üçün nə kimi əhəmiyyətə malikdir?

Proqram birbaşa olaraq ABŞ-da qanuni şəkildə yaşayan və işləyən azərbaycanlıların artmasına xidmət edir. Vətəndaşlarımız orada öz peşəkar olduqları sahələrdə işləyə bilirlər. Xüsusilə daha yaxşı mövqelərdə çalışan Azərbaycanlıların sayının artması ABŞ kimi dünyanın aparıcı ölkələrindən birində ölkəmizin tanınmasına, ölkəmizin maraqlarının daha yaxşı müdafiə olunmasına, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına köməklik göstərir.

.
  • Нравится
  • 0