» » Bakıda “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfrans keçirilir

Bakıda “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfrans keçirilir

 

Oktyabrin 24-də Bakıda "Boulevard Hotel”də "Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfrans keçirilir. Tədbir Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində keçirilən konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu layihənin əsas komponentlərindən birinin məişət zorakılığının qarşısının alınması, qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması olduğunu bildirib. Qeyd olunub ki, layihənin əsas məqsədi gender əsaslı zorakılığın qarşısının alınması, eləcə də istiqamətləndirmə mexanizminin yaradılması prosesində Azərbaycan hökumətinə dəstək verməkdir.
Layihə çərçivəsində gender əsaslı zorakılıqla səmərəli mübarizə məqsədilə dəlillərə əsaslanan müdaxilə strategiyalarının hazırlanması üçün regionun ilk Məişət zorakılığı üzrə Məlumat Bankının təqdimatı keçirilib.
Digər çıxış edənlər gender əsaslı zorakılığın qarşısının alınmasının, cavab tədbirlərinin görülməsinin və bu istiqamətdə atılan addımların vacibliyini vurğulayıblar.

Bakıda “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfrans keçirilir

 

 

 

Mənbə:https://azertag.az/xeber/Bakida_Meiset_zorakiligi_ile_mubarizede_effektiv_cavab
_mexanizminin_yaradilmasi_movzusunda_konfrans_kechirilir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz