» » Milli kino və teatr tarixinə həsr olunmuş intellektual bilik yarışı

Milli kino və teatr tarixinə həsr olunmuş intellektual bilik yarışı

 

"Ana və Uşaq" AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tələbələr arasında mədəni-kütləvi daim diqqət mərkəzində saxlayır. Belə tədbirlərin daha biri - milli kino və teatr tarixinə həsr olunmu intellektual bilik yarışı oktyabrın 23-də keçirilmişdir.
Məqsəd gənclər arasında milli kino və teatrın tarixinin təbliği, aktyor və aktrisalarla tanışlıq, eləcə də müasir dövrdə gənclər arasında milli kino və teatr sənətinə olan maraq hisslərini daha da artırılmasına nail olmaqdır.
Yarışda ölkəmizin təhsil müəssisələrini təmsil edən 18 komanda iştirak edib. Yarışda Azərbaycanın kino və teatr tarixinə aid aktual və maraqlı suallar təqdim edilib. Azərbaycan Dillər Universitetinin "Fenomen” komandası birinci, Azərbaycan Tibb Universitetinin "Apoptoz” kollektivi ikinci yeri tutublar. Milli Aviasiya Akademiyasının "Slytherin” və Bakı Dövlət Universitetinin "Qladius” komandaları isə üçüncü-dördüncü yerləri bölüşdürərək iştirakçılardan daha fərqlənmişlər.

Milli kino və teatr tarixinə  həsr olunmuş  intellektual bilik yarışı

Milli kino və teatr tarixinə  həsr olunmuş  intellektual bilik yarışı

 Qeyd: Fotalar AZƏRTAC-a məxsusdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz