» » Əli Həsənov: "Subyektiv mülahizələrə əsaslanan qərəzli sənədlərin qəbul olunması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirm

Əli Həsənov: "Subyektiv mülahizələrə əsaslanan qərəzli sənədlərin qəbul olunması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirm

Müəllif: Dəyanət от 12-10-2017, 00:10

Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentari Alen Desteksin hazırladığı "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul olunub.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a açıqlamasında Azərbaycana dair qəbul olunmuş sənədlərə münasibət bildirərək deyib:

-Hesab edirəm ki, AŞPA müəyyən maraqlı antiazərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanmış və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə növbəti dəfə ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi.

Məlumdur ki, Azərbaycan bu quruma üzv olduğu dövrdən keçən müddət ərzində ardıcıl şəkildə müəyyən lobbi qrupların və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib. Cənab Torbyorn Yaqland baş katib olduğu dövrdə isə bu təzyiqlər daha da artıb və kəskinləşib. Bu da onun Azərbaycana qarşı xüsusi mənfi münasibətindən irəli gələn məsələdir.

Açıq-aydın hiss olunur ki, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən Azərbaycanın AŞPA-da fəallığı bir çoxlarına sərf etmir. Əks təqdirdə, parlamentarilər daha çox islamofobiya, ksenofobiya, irqi və dini ayrı-seçkiliyin baş alıb getdiyi, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulması hallarının artdığı Avropanın gələcəyi barədə düşünər və bu problemlərin aradan qaldırılması yollarını axtarardılar. O cümlədən İnsan Haqları üzrə Avropa Məhkəməsinin 10 minə yaxın qərarının icra olunmamasından narahatlıqlarını ifadə edərdilər. Krım məsələsinə görə Rusiyaya sanksiya tətbiq olunduğu halda, nəyə görə 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan barədə ölçü götürülməməsi məsələsini qaldırardılar və Avropanın fundamental dəyərlərinə bu dərəcədə açıq hörmətsizlik nümayiş etdirməzdilər.

Bu gün demokratiya yolu ilə inkişaf edən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması bir daha göstərir ki, AŞPA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib və konkret sifariş yerinə yetirir.

Əlbəttə, bu kimi əsassız sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Azərbaycan müstəqil, güclü dövlətdir, daxili və xarici siyasət prioritetləri vardır və bundan sonra da öz yolu ilə irəliləməkdə davam edəcəkdir.

Subyektiv mülahizələrə əsaslanan bu tipli qərəzli sənədlərin qəbul edilməsi, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir.

Əli Həsənov: "Subyektiv mülahizələrə əsaslanan qərəzli sənədlərin qəbul olunması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirm

Mənbə:https://azertag.az/xeber/Ali_Hesenov_Subyektiv_mulahizelere_esaslanan_qerezlisenedlerin_ 
qebul_olunmasi_Azerbaycani_Avropa_Surasi_ile_munasibetlerini_yeniden_nezerden_kechirmeye_mecbur_edir-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 39
  • Məqalələri: 833
^
Belə münasibətləri, əlbəttə ki, hiddətlə qarşılayırıq. Süni olaraq Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışırlar: həm də Avropa dəyərlərinə yaraşmayan şəkildə. Bu yanaşma eşidib-bildiklərimizlə gəldiyimiz qənaətdir. Gerçək həyatda da biz dünyanın, Avropanın Qarabağ münaqişəsi ilə bağlı ancaq kili stndartlarını gördük. Ermənistan Pezidenti beynəlxalq canidir, Zori Balayan beynəlxalq canıdıir. Amma beynəlxalq tribunalarda, görülşlərdə belə canilərə ictima xadim kimi əl uzadırlar, söz verirlər və s. Artıq dövlətimiz yetərincə qüdrətlidir. Dövlətçiliyimiz naminə üçrəngli bayrağımız ətrafında daha sıx birləşməliyik.
  • Нравится
  • 0