» » Qəbul imtahanlarında 700 bal toplayan gənclərlə görüş keçirilib

Qəbul imtahanlarında 700 bal toplayan gənclərlə görüş keçirilib

Müəllif: Dəyanət от 6-10-2017, 00:25
Qəbul imtahanlarında 700 bal toplayan gənclərlə görüş keçirilib

Builki qəbul imtahanlarında 700 bal toplayan gənclərlə oktyabrın 5-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) görüş keçirilib.
ATGTİ-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Milli Məclisin deputatları - ATGTİ-nin sədri Şahin İsmayılov və Vüsal Hüseynov iştirak ediblər.
Görüşdə Ş.İsmayılov tələbələrin ən yüksək bal toplamalarının böyük nailiyyət olduğunu vurğulayaraq, onların təhsil müddətində bu yüksək nəticələrini qoruyub saxlayacaqlarına əminliyini bildirib.
Vüsal Hüseynov da tələbələri böyük uğurları münasibətilə təbrik edərək Azərbaycanda gənclərin inkişafı üçün hər cür şəraitin yaradıldığını vurğulayıb, onlara təbriklərini çatdırıb.
Sonda ən yüksək bal toplayan gənclərə Azərbaycan Tələbə Kartı və müxtəlif hədiyyələr təqdim olunub.

Qəbul imtahanlarında 700 bal toplayan gənclərlə görüş keçirilib

Mənbə:https://azertag.az/xeber/Qebul_imtahanlarinda_700_bal_toplayan_genclerle_gorus_kechirilib-1100050

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz