Prezident İlham Əliyev dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimində iştirak edib
Müəllif: Akif Əhmədov от 29-09-2017, 13:00

Prezident İlham Əliyev dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimində iştirak edib
Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vida mərasimində iştirak edib.
Vida mərasimində görkəmli alimin həyatı və elmi fəaliyyətinə həsr edilən videoçarx nümayiş olundu.
ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfü Zadənin vəfatı, ümumilikdə, dünyanın elmi ictimaiyyəti üçün ağır itkidir.
Dövlətimizin başçısı mərhumun ailə üzvü ilə söhbət etdi, dərin hüznlə başsağlığı verdi.
Azərbaycan Respublikasının Xalq Artisti, professor Cənnət Səlimova Lütfi Zadənin xatirəsinə göstərilən ehtirama görə görkəmli alimin ailəsi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Lütfi Zadə həmişə azərbaycanlı olması ilə qürur duyub, onun ürəyi daim doğma yurdu ilə döyünüb. Dünya şöhrətli azərbaycanlı alim və böyük şəxsiyyət Lütfi Zadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.
Vida mərasimindən sonra örkəmli alim Lütfi Zadə birinci Fəxri xiyabanda torpağa tapşırılıb.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, elm xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından mərhumun məzarı önünə əklil qoyulub.
Böyük alim 87 illik ayrılıqdan sonra Vətən torpağına qovuşdu.
Mənbə:https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_dunya_sohretli_azerbaycanli_alim_Lutfi_Zade_ile_vida_merasiminde_istirak_edib
Oxşar postlar:
- Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin cənazəsi Bakıya gətirilib
- Prezident İlham Əliyev Lütfi Zadənin vəfatı ilə əlaqədar başsağlığı verib
- Dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadə vəfat edib
- Professor Şahnaz Şahbazova Lütfi Zadənin səhhəti haqqında danışıb
- Tanınmış alim, akademik Rəfiqə Əliyeva ilə vida mərasimi keçirilib
- Oxunub: 7 282
- Şərhlər: 0
- Bölmə: Xəbərlər
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
Qadındır müqəddəs,qadındır yüksək...
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VIII yazı)
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( II yazı)
Əhməd bəy Ağaoğludan çox canıyanan bir dəyərləndirmə
Görmək istəyib-istəməməyimizdən asılı olmayaraq, Polis 24 saat bizi qoruyur
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı
Sayın Ərdoğana TƏBRİK
Yazarlar