» » AŞPA-nın vitse-prezidenti: "Beynəlxalq birlik Dağlıq Qarabağ probleminin həllində fəallıq nümayiş etdirməlidir"

AŞPA-nın vitse-prezidenti: "Beynəlxalq birlik Dağlıq Qarabağ probleminin həllində fəallıq nümayiş etdirməlidir"

Bu gün dünyada baş verən ağır iqtisadi, siyasi proseslər fonunda bir sıra problemlərin həlli açarı Azərbaycandadır.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Ali Radasının deputatı, AŞPA-nın vitse-prezidenti Georgi Loqvinski deyib.
O bildirib ki, Azərbaycan region və dünya dövlətləri üçün çox uğurlu iqtisadi, mədəni layihələr həyata keçirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq birliyin ədalətli mövqe nümayiş etdirməməsinə dair sualı cavablandıran AŞPA-nın vitse-prezidenti vurğulayıb ki, beynəlxalq təşkilatlar hansı tərəfin işğalçı və hansı tərəfin işğala məruz qalmasını konkret göstərməlidirlər.
"Ümumiyyətlə, "dondurulmuş münaqişə” terminindən xoşum gəlmir. Hesab edirəm ki, beynəlxalq birlik Dağlıq Qarabağ probleminin həllində fəallıq nümayiş etdirməlidir”, - deyə Loqvinski qeyd edib.

AŞPA-nın vitse-prezidenti: "Beynəlxalq birlik Dağlıq Qarabağ probleminin həllində fəallıq nümayiş etdirməlidir"


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Mənbə: https://azertag.az/xeber/ASPA_nin_vitse_prezidenti_Beynelxalq_birlik_
Dagliq_Qarabag_probleminin_hellinde_fealliq_numayis_etdirmelidir- 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz