» » Əhməd əl-Hindavi: "Azərbaycanda keçirilən Dünya Skaut Konfransı iştirakçıların sayına görə tarixə düşəcək"

Əhməd əl-Hindavi: "Azərbaycanda keçirilən Dünya Skaut Konfransı iştirakçıların sayına görə tarixə düşəcək"

 

 

Azərbaycanda keçirilən Dünya Skaut Konfransı Avrasiya regionunda bir ilkdir və iştirakçıların sayına görə tarixə düşəcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Dünya Skaut Hərəkatının baş katibi, Bakıda keçirilən Dünya Skaut Konfransının iştirakçısı Əhməd əl-Hindavi deyib.

Azərbaycan dövlətinə, xalqına, Azərbaycan Skautlar Assosiasiyasına yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən qonaq deyib: "Konfrans iştirakçıları nəinki skaut hərəkatının inkişafının şahidi olacaq, həmçinin Dünya Skaut Hərəkatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edəcəklər. Bu konfrans imkan verəcək ki, bütün milli, regional və qlobal skaut təşkilatlarının liderləri bir yerdə toplaşaraq təşkilatın əsas konsepsiyası olan "Baxış–2023” layihəsini daha da inkişaf etdirsinlər. Layihə 2023-cü ilədək dünyada skautların sayının 200 milyona çatdırılmasını nəzərdə tutur”.

"Mən bir neçə dəfə Bakıda olmuşam. Hər dəfə də Azərbaycan xalqının qonaqpərvərliyindən aldığım təəssüratlarla qayıdıram. Mən şadam ki, konfrans Azərbaycanda - Odlar Yurdunda keçirilir. Bu da konfrans iştirakçılarına müzakirələr üçün əlavə enerji verəcək. Konfransın keçirildiyi Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzi arxitekturanın şedevr nümunələridir. Bu da öz növbəsində keçirilən tədbirlərin uğuruna yüksək əhval-ruhiyyə qatır”, - deyə Əhməd əl-Hindavi bildirib.

 

Mənbə:http://azertag.az/xeber/Ahmed_el_Hindavi_Azerbaycanda_kechirilen_Dunya_Skaut_Konfransi_istirakchilarin_sayina_gore_tarixe_dusecek

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.