» » Tarixdə bu gün - 10 avqust

Tarixdə bu gün - 10 avqust

Müəllif: Vüsal от 10-08-2017, 00:15
10 avqust

Mühüm hadisələr:

E.ə.422 - Süleyman peyğəmbər tərəfindən inşa olunmuş məbəd babil çarı Navuxodonosor tərəfindən yandırılmışdır.
1524 – Moskvada Novodeviçi qadın monastrı yaradılmışdır.
1920 – Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarmışdır.
1949 – ABŞ-ın Müdafiə Nazirliyi - Pentaqon yaradılmışdır.


1990 – Erməni terrorçu dəstələrinin Tbilisi-Ağdam marşrutu ilə işləyən sərnişin avtobusunu partlatması nəticəsində 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır.

Tarixdə bu gün - 10 avqust

Doğum günləri:

1895 – Naxçıvan şəhərində baliqci və süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərquluxan Naxçıvanskinin ailəsində anadan olmuşdur. Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərindəTarixdə bu gün - 10 avqust danışmağı öyrənmişdir.Cəmşid Naxçıvanski 1904-cü ildə Tiflis kadet (yeniyetmə) korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.
Cəmşid Naxçıvanski 1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir . Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun (bölüyün) komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmişdir. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C. Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, "2-ci Müqəddəs Anna" ordenli ilə təltif olunmuşdur. Cəmşid Naxşıvanski 1917-ci ilin martında Rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunmuşdur. O, 9 may 1917-ci ildə poruçik (leytenant) rütbəsinə, elə həmin il 30 oktyabrda isə Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülmüşdür. Cəmşid Naxçıvanski hərbi şücaətinə görə 1917-ci il 15 apreldə Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, 22 avqustda isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə mükafatlandırılmışdır.
Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştabs-rotmistr C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmışdır.
Azərbaycan Xalq Cumhuriyyəti dövründə hərbi fəaliyyəti
15 sentyabrda türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, ermənilərdən ibarət olan və ingilislərə arxalanan
"Sentrokaspi diktaturası" qüvvələrindən təmizləmişdi. Azərbaycanın müstəqilliyi uğrunda C. Naxçıvanski inamla vuruşmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin naziri, artilleriya generalı Səmədbəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmri ilə I süvari tatar alayının komandiri podpolkovnik Cəmşid Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin edilmişdir.
1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdi.
Sovet Ordusu siralarında hərbi xidmət[redaktə | əsas redaktə]
1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti bərqərar olduqdan sonra onun süvari alayı bolşeviklər tərəfinə keçmişdir. Nəriman Nərimanov Şuşaya, Cəmşid Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərmişdi. Cəmşid Naxçıvanski Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin edilmiş, yüksək ixtisaslı hərbi kadr hazırlığında mühüm rol oynamışdır.
C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur.
1922-1929-cu illərdə general Əliağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan "Hərbi bilik" jurnalının redaktorlarından biri idi. C.Naxçıvanski 1931-ci ildə Moskvaya M.V.Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilmişdi. Cəmşid Naxçıvanski 1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra orada müəllim saxlanılmış, 3 il ümumi taktika kafedrasına rəhbərlik etmiş, akademiyada əsas fakultənin kurs rəisi olmuşdur. O, 1935-ci ildə briqada komandiri vəzifəsinə təyin olunmuşdu.
Repressiyaya məruz qalması və güllələnməsi
XX əsrin 30-cu illərinin ortalarında C.Naxçıvanski guya başçılıq etdiyi "casus təxribat dəstəsi" ilə mühacirətdə olan qardaşları Davudxan və Kəlbali xanla (Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onlar rəsmi icazə alıb İrana getmiş, qısa müddətdə Şah qvardiyasında yüksək rütbələrə çatmışdılar. Sovet hökuməti onların antisovet fəaliyyətini dayandırmaq üçün İran hökumətinə təzyiqlər etmiş, notalar vermişdir. Nəticədə, Kəlbalı xan Azərbaycanla sərhəddə xidməti vəzifəsindən uzaqlaşdırılmışdı. Cəmşid Naxçıvanskinin Sovet Ordusunda briqada komandiri olmasını, ata-babalarının isə rus ordusunun tərkibində İran ordusuna qarşı vuruşmasını bilən şah onları güllələtmişdir.) sıx əlaqə saxlamaqda təqsirləndirilərək repressiyaya məruz qalmışdır.
Fəhlə-Kəndli Qızıl Ordusunda kütləvi repressiyaların başladığı bir dövrdə C.Naxçıvanski 20 may 1938-ci ildə antisovet təşkilatın işində iştirakda günahlandırılaraq üçüncü dəfə həbs edildi. 26 avqust 1938-ci ildə Lefortova zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri Vasili Vasilyeviç Ulrixin sədrliyi ilə keçirilən səyyar məhkəmə iclasında o, Sovet hökumətinin devrilməsi məqsədilə sui-qəsddə iştirakda və casusluqda günahkar hesab edildi. O, əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edildi və hökm dərhal icra edilməli idi. Elə həmin gün Cəmşid Naxçıvanski güllələndi. O, Moskvadan 26 km aralıda Kaluqa şossesi yaxınlığında sabiq xalq komissarı Henrix Yaqodanın keçmiş daçasında, "Kommunarka" adlanan gizli obyekt adı ilə tanınan, Stalin repressiyası bir çox qurbanlarının uyuduğu qardaşlıq məzarlığında dəfn olundu.
C.Naxçıvanski Azərbaycan Sovet Respublikası və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin üzvü idi. O, Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenləri ilə təltif edilmişdir.
1956-cı ildə Cəmşid Naxçıvanski tam bəraət aldı. Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.

 1913—Xalq rəssamı,  Əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı  laureatı və Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüş  Kazım Məmmədəli oğlu Tarixdə bu gün - 10 avqustKazımzadə  Bakı şəhərində anadan olmuşdur.

 

1936-cı ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1960-cı ildə İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. İlk dövrdə Nizaminin "İsgəndərnamə" ("İqbalnamə"), "Sirlər xəzinəsi" (1940), "Leyli və Məcnun" (1947), "Xosrov və Şirin" (1948) poemalarına, eləcə də uşaqlar üçün işlənmiş "Fitnə", "Sehrli üzük", "İsgəndər və çoban" kitablarına illüstrasiyalar çəkmişdir. "Cəbhə yollarında" (1943) rəsmlər silsiləsində müharibənin fəlakətlərini əks etdirmişdir. Yaradıcılığında Sovet dövrünə xas olan siyasi plakat və karikaturalar mühüm yer tutmuşdur. Kazımzadə, əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərmişdir.

1942-ci ildən vəfatınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin əsas üzvü olmuşdur. Bakı şəhərində Səməd Vurğun və Uzeyir Hacıbəyovun ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını məhz o vermişdir.

1952-ci ildən "Kirpi" jurnalı ilə əməkdaşlığa başlamış, həmçinin tarixi-inqilabi və məişət mövzularında rəsm silsilələri ("Bakıda inqilabi-tarixi hadisələr", "Tibb işçiləri") və tablolar ("416-cı diviziya döyüşdə", "Azad Kubada", "İraq lövhələri" və s.) yaratmışdır. Kinofilmlərə, dram və opera tamaşalarına, o cümlədən Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Koroğlu" operalarına geyim eskizlərinin, süjetli xalıların müəlliflərindəndir.

Kazım Kazımzadə 4 oktyabr  1992-ci ildə vəfat etmişdir.


1940 — Azərbaycan iqtisadçısı, AMEA-nin müxbir üzvi , professor Şahbaz Musa oğlu Muradov  Laçın rayonunun Xumarta kəndində doğulub.

 Tarixdə bu gün - 10 avqust1961-ci ildə o, Azərbaycan Dövlət Universitetini  fərqlənmə diplomu ilə bitirmiş, gənc mütəxəssis kimi Azərbaycan SSR EA-nın İqtisadiyyat İnstitutuna elmi işə göndərilmiş və həmin vaxtdan burada çalışır. Ona 1965-ci ildə iqtisad elmləri namizədi, 1972-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi, 1977-ci ildə isə professor elmi adı verilmişdir. 0, 1961-1966-cı illərdə kiçik elmi işçi, 1966-1968-ci illərdə baş elmi işçi vəzifələrində işləmiş, 1968-ci ildən isə İnstitutun "Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı" şöbəsinə rəhbərlik edir. Eyni zamanda 1991-ci ildən İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmış və 1999-cu ilin əvvəlindən İnstituta rəhbərlik etmişdir. AMEA Humanitar və İctimai Elmlər seriyası "Xəbərlər” jurnalının Redaksiya Heyətinin üzvü və "İqtisad” seriyasının baş redaktorudur.

Professor Şahbaz Muradovun apardığı başlıca tədqiqat işlərinin nəticələri 350 çap vərəqi həcmindən çox olan 225 əsərdə öz əksini tapmışdır. Həmin əsərlərin 25-i iri həcmli monoqrafiyalar, kitab və broşürlardan ibarətdir. Bu əsərlərin 10-u keçmiş SSRİ-nin və başqa xarici ölkələrin görkəmli alimləri ilə birlikdə yazılıb.

2001-ci ildən AMEA-nın müxbir üzvü olan, professor Şahbaz Muradov 40 ildən artıqdır ki, elmi yaradıcılıqla yanaşı, həm də respublikamızın bir sıra ali təhsil müəssisələrində "Siyasi iqtisad", "İqtisadi nəzəriyyə", "Demoqrafiya", "Əməyin iqtisadiyyatı və sosiologiyası" fənlərindən dərs deməklə, ali təhsil sahəsində kadr hazırlanması işinə də köməkliyini göstərməkdədir.

Professor Şahbaz Muradovun bilavasitə rəhbərliyi ilə 100 nəfərə yaxın iqtisadiyyat üzrə fəlsəfə və elmlər doktoru hazırlanmışdır. 2000-ci ildə onun təşəbbüsü ilə AAK tərəfindən yaradılmış və 8 il sədrlik etdiyi Dissertasiya Şurasında 125 nəfər namizədlik, 13 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. Onların müvafiq surətdə 55 və 6 nəfərini institutun əməkdaşları təşkil etmişdir. Professor Ş.Muradov 35 nəfərdən çox tədqiqatçının dissertasiya işinə rəsmi opponentlik etmiş, çoxsaylı monoqrafiyalar və dərsliklərin elmi redaktoru, rəyçisi olmuşdur. O, Azərbaycanda və başqa MDB ölkələrində yaşayan müxtəlif millətlərin nümayəndələrindən olan 40-dan çox adamın namizədlik və doktorluq dissertasiyasına rəsmi opponentlik etmişdir.

Professor Şahbaz Muradov Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət gostərən İxtisaslaşdırılmış doktorluq elmi şurasının sədri, YUNESKO-nun Azərbaycan Respublikasında "Bioetika elmi bilikləri və texnologiyaların etikası" üzrə Milli Komitənin üzvü, bir sıra elmi şuraların və cumalların redaksiya şuralarının üzvü və s. kimi də mühüm ictimai fəaliyyət göstərir, mətbuat, radio və televiziyada, ayrı-ayrı əmək kollektivlərində respublikamızın müasir ictimai-iqtisadi durumunun, yeni iqtisadi sistemə keçidin sosial-iqtisadi və demoqrafik problemlərinə dair məqalələr yazıb çap etdirmək, məruzə, çıxış və müsahibələr verməklə Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi işində fəal iştirak edir və ona xidmət göstərir.

 

1949 – Xalq artisti Qəndab Quliyeva Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur. 1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-Tarixdə bu gün - 10 avqust1996 cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil almışdır. İlk muğam müəllimi Nəriman Əliyev olmuşdur.

Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinifində dərs almış və onun sənətini təkmilləşdirmişdir. 1981- ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərmişdir. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov-"Leyli-Məcnun”, "Əsli və Kərəm”), Ərəbzəngi (Müslüm Maqomayev-"Şah İsmayıl”), Şahcənəm (Z.Hacıbəyov-"Aşıq Qərib”), Gülbahar (Ş.Axundova-"Gəlin qayası”), Xanəndə qız (R.Mustafayev-"Vaqif”) rollarını yaratmışdır.
Qəndab Quliyeva bir çox xarici ölkələrdə - Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olmuş, Azərbaycan muğam sənətini inkişaf etdirmişdir. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir. Onun ifasında "Xaric Seygah”, "Şahnaz”, "Mahur-Hindi”, "Bayatı-Şiraz”, "Şur” muğamlarının səsyazıları AzTR Fondunda saxlanılır.
Xanəndənin ifasında "Çahargah” muğamının səsyazısı isə Fransada "Muğam antologiyası” CD diskinə daxil edilmişdir. Qəndab Quliyeva pedoqoji fəaliyyətlə də məşğul olmuş, Azərbaycan Dövlət və Mədəniyyət Universitetində muğamatdan dərs demişdir.
A.Zeynallı ad. Bakı Musiqi Məktəbini bitirmişdir (1980). 1982 ildən Azərb. Opera və Balet Teatrının solistidir.
26 iyun 2017-ci ildə vəfat etmişdir.
Xalq artisti vəsiyyətinə görə, Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunmuşdur.
 

1958 — Azərbaycan Respublikasının Xalq rəssamı , professor, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü  Natiq Kamal oğlu Əliyev Bakıda anadan olmuşdur.

Tarixdə bu gün - 10 avqust1974-1978 –ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış və oranı  fərqlənmə diploma ilə bitirmişdir. V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbində ali təhsil almış və məktəbi  fərqlənmə diploma ilə bitirmişdir.

1980—1983-cü illərdə Lenin təqaütcüsü olmuşdur.

Hal-hazırda Azərbaycan Dövlət  Rəssamlıq  Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri , akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşıyır.

Prezident İlham Əliyev avqustun 9-da xalq rəssamı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Natiq Əliyevin "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sənətkar bu yüksək dövlət mükafatına heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

 

Tarixdə bu gün - 10 avqust1959 — Şair, müəllim Rafael Həbib oğlu İbişli (Rafael Həbiboğlu)Yardımlı rayonunun Anzov kəndində  anadan olub.

Keçmiş V.İ.Lenin adına APİ-nin filalogiya fakültəsində təhsil alıb.

1980-1982-ci illərdə Sibirdə hərbi xidmət keçib.

1982-1984-cü illərdə Xəzər Dəniz Gəmiçilik İdarəsinin neft  tankerində gəmi matrosu işləyib.

1984-2013-cü illərdə müxtəlif tədris ocaqlarında ədəbiyyat müəllimi işləyib.

Şeir və hekayələri qəzet və jurnallarda, almanax və dərgilərdə ardıcıl çap olunur.

1999-cu ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.

Kitabları:

"Dostuma məktub"-2004

"Son nəğmə"-2007


1977— Azərbaycan alimi, filologiya üzrə fəlsəfə doktoru Ülkər Zakir qızı Məmmədova Ağdam şəhərində anadan olmuşdur.

Tarixdə bu gün - 10 avqust1984-1994-cü illərdə Bakı şəhəri Xətai rayonu 29 saylı orta məktəbdə təhsil almışdır. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini 1999-cu ildə bakalavr, 2001-ci ildə magistratura pillərini fərqlənmə diplomları ilə bitirmişdir. 2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspirant olmuşdur. 2004-cü ildə "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsində kiçik elmi işçi, 2006-cı ildən elmi işçi, 2011-ci ildə böyük elmi işçi vəzifələrində çalışmışdır. 2014-cü ildən aparıcı elmi işçi vəzifəsində işləyir.

Ülkər Məmmədova AMEA-nın müxbir üzvü , mərhum Zakir Məmmədovun qızıdır.

Elmi fəaliyyəti

Ülkər Məmmədova 26 oktyabr 2005-ci ildə "Şihabəddin Yəhya Sührəvərdinin ədəbi yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Ülkər Məmmədova 2008-ci ildən "Eynəlqüzat Miyanəcinin ədəbi-bədii irsi" adlı doktorluq işi üzərində çalışır. O, 4 kitabın, 40-a yaxın elmi məqalənin müəllifidir.

"Şihabəddin Yəhya Sührəvərdi (ədəbi-bədii yaradıcılığı)" kitabı

Ülkər Məmmədova XII əsrin görkəmli filosofu, şairi və ədibi Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) ədəbi-bədii yaradıcılığını müstəqil şəkildə ilk dəfə araşdırmış, onun poeziyasını nəsr yaradıcılığı ilə birgə tədqiq etmişdur. O, Qurani-Kərimdə ifadə olunmuş bəzi bənzətmələrin Şihabəddin Sührəvərdinin poeziyasında rast gəlinməsi, mütəfəkkirin farsca şeirlərindən nümunələri ilk dəfə işləmişdir. Sufi-fəlsəfi traktatları Azərbaycan ərəbdilli və farsdilli nəsr nümunələri kimi ilk dəfə araşdırmış, dini rəvayətləri, alleqorik hekayətləri qabarıq şəkildə tədqiq etmişdir. "Sufilərin məqamları" traktatını ilk dəfə tədqiqata cəlb etmişdir.

"Ərəb ədəbiyyatşünaslığının əsasları" kitabı

Ülkər Məmmədova ərəb ədəbiyyatşünaslığını iki mənbə – Əbu Abbas Həsən İbn Rəşiq əl-Qayravaninin (1000-1063) "Şeirin gözəlliyi, nəfisliyi və tənqidinə dair dayaq” ("العمدة قى محاسن الشعر و ادبه و نقده”) və Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn Xəldunun (1332-1406) "İbrətlər, başlanğıc divanı, ərəblərin, əcəmlərin, bərbərlərin və onların dövründə olan ali hakimiyyət sahiblərinin əyyamındakı xəbərlər” ("كتاب العبر و ديوان المبتدا و الخبر فى ايام العرب و العجم و البربر و من عاصرهم من ذوى السلطان الاكبر ”) əsərləri əsasında işləmişdir.

Mənbə kimi biri XI, digəri isə XIV əsrdə yaşamış dövrünün görkəmli şəxsiyyətlərinin mülahizələrinin müqayisəsinin səbəbi sual yarada bilər. İbn Rəşiq öz zamanının görkəmli şairi, filoloqu, dilçisi idi. İbn Xəldunun "Müqəddimə” əsərinin təxminən yüz səhifəsini ədəbiyyatla bağlı fikirlər əhatə etsə də, o, tarixdə əsasən, sosioloq kimi tanınmışdır. İbn Rəşiqin fikirlərinin hər hansı digər filoloqla deyil, daha çox sosioloq kimi məşhur bir şəxsiyyətlə müqayisəsinin səbəbi nədir? Tədqiqata ilk dəfə "Müqəddimə” əsəri cəlb edilmişdir. Lakin əsərlə tanışlıq zamanı müəllifin İbn Rəşiqin "Dayaq” əsərini yüksək qiymətləndirdiyi və bəzi məsələlərdə ondan bəhrələndiyi aydın olur. Bu səbəbdən də, həmin iki əsərin müqayisəsinin zərurəti yaranmışdı.

İbn Rəşiqin əsəri ilə tanışlıq zamanı "Müqəddimə”də ona aid edilmiş bəzi fikirlərin qeyri-dəqiqliyinə rast gəlindi. Belə ki, İbn Rəşiqin başqa filoloqlara istinadən göstərdiyi mülahizələr onun adı ilə əlaqələnmiş, ona aid olmayan şeirin müəllifi kimi təqdim edilmişdir. Bundan başqa burada ədəbiyyatın tarixi mərhələləri, dil bacarığı, bəyan, bəlağət, bədi, nəsr və onun xüsusiyyətləri, nəzmin formaları və janrları, ərəb ispan ədəbiyyatı, dində şeirə münasibət, vəzn və qafiyə, bədahətən və improvizasiya, şair üçün lazım olan keyfiyyətlər, "sariqa" və onun növləri kimi məsələləri tədqiq etmişdir.

"Yazaraq yaşayan alim" kitabı

Ülkər Məmmədovanın "Yazaraq yaşayan alim" kitabı AMEA-nın müxbir üzvü Zakir Məmmədovun anadan olmasının 75 illiyinə həsr edilmişdir. Kitabda filosofun həyatı, elmi və bədii yaradıcılığı geniş şəkildə işıqlandırılır.


2003 — İstedad-  müğənni   Rüstəm Kərimov   Bakıda anadan olub.

Rüstəm Kərimov Bakı Avropa Liseyinin 5-ci sinfində oxuyur.

Rəşid Behbudov adına 2 saylı 11-illik musiqi məktəbinin piano şöbəsində təhsilini davam etdirir.

Azərbaycanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Me and my Guitar" (azərb. Mən və mənim gitaram) mahnısı ilə təmsil edib.

Rüstəm 30 noyabr 2013-cü ildə keçirilən müsabiqədə səhnəyə ikinci çıxıb və yekun səsvermədən sonra 12 iştirakçı arasında 66 xalla 7-ci yeri tutub.

 

Tarixdə bu gün - 10 avqust

 

Vəfat etmişdir:

 

1961— Görkəmli tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru , professor Cəfər Zeynal oğlu Hacıyev 51 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 10 avqustCəfər Xəndan 1910-cu il m ayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulmuşdur. 1918-ci ildə ailəsi Gəncəyə köçmüş, ata-anası burada öldüyündən kimsəsiz qalan kiçik qardaş və bacısı ilə Gəncə uşaq evində yaşamışdır (1925-ci ilədək).

Gəncə Pedaqoji Texnikumunu bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, həm də fəhlə fakültəsində müəllimlik (1925-1929) etmişdir. İnstitutun Dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olmuş, eyni zamanda institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərmişdir (1932-1941).

M.F.Axundov adına Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi, "Allahsız" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul katibi, "Gənc işçi" redaksiyasında ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Dissertasiya müdafiə edib fılologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1939).

1941-ci ildə səfərbərliyə alınmış, sovet ordusu tərkibində siyasi rəhbər və jurnalist kimi alman işğalçılarına qarşı vuruşmuşdur. O, Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində ("Vo slavu Rodinı", "Vpered k pobede", "Boets RKKA", "Vətən yolunda") məsul redaktorun müavini olmuşdur (1944-1946).

Ordu sıralarından tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında dosent, eyni zamanda "Kommunist" qəzetində Mədəniyyət və məişət şöbəsinin müdiri (1946-1947) işləmişdir. Universitetin Filologiya fakültəsinin dekanı (1947-1950), sonra isə dörd il Azərbaycan Dövlət Universitetinin rektoru (1950-1954) olmuşdur. 1954-1961-ci illərdə universitetin Sovet ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. "1906-1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun bədii ədəbiyyatda inikası" mövzusunda dissertasiya müdafiə edib doktorluq alimlik dərəcəsi almışdır.

"Qırmızı ulduz" , "Qırmızı Əmək Bayrağı"  ordenləri, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları, fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır.


2007 —Psixologiya elmləri doktoru , Azərbaycanın Əməkdar müəllimi, Sosialist Əməyi Qəhrəmanı İsa Əli  oğlu Məmmədov  81 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 10 avqustİsa Məmmədov 1926-cı il iyulun 11-də Naxçıvan Muxtar Respublikası indiki Şərur rayonunun Aralıq kəndində anadan olmuşdur. 1942-ci ildə Şərur rayon mərkəzi orta məktəbini bitirdikdən sonra o, 1945-1947-ci illərdə Moskva ali komsomol məktəbində oxumuş, 1947-1950-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır. 1972-1977-ci illərdə isə İsa Məmmədov Moskva ali partiya məktəbinin müdavimi olmuşdur.

Əmək fəaliyyətinə 1943-1944-cü illərdə Şərur rayonunda orta məktəbdə başlayan İsa Məmmədov 1944-1945-ci illərdə Şərur rayon komsomol komitəsinin birinci katibi, 1947-1953-cü illərdə əvvəl Naxçıvan vilayət komsomol komitəsinin katibi, sonra isə birinci katibi, 1953-1961-ci illərdə Naxçıvan şəhər və rayon təhsil şöbələrinin müdiri, 1961-1965-ci illərdə Naxçıvan şəhər internat məktəbinin direktoru, 1965-1970-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, 1970-1981-ci illərdə Lənkəran şəhər partiya komitəsinin birinci katibi, 1981-1987-ci illərdə Azərbaycan kommunist partiyası mərkəzi komitəsinin katibi, 1988-ci ildən ömrünün sonunadək isə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun direktoru vəzifələrində çalışmışdır.

İsa Məmmədov 1997-ci ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. İsa Məmmədovun Azərbaycanda təhsilin inkişafındakı xidmətləri təqdirəlayiqdir. O, ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilində, praktik psixoloqların hazırlanması sahəsində səmərəli fəaliyyət göstərmişdir.

 

İsa Məmmədovun xidmətləri layiqincə qiymətləndirilmişdir. O, 1976-cı ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, bir sıra orden və medallarla təltif olunmuşdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz