» » Polis ana və övladını ölümdən xilas etdi

Polis ana və övladını ölümdən xilas etdi


Mənim Polisim Məni Qoruyur


Polis ana və övladını ölümdən xilas etdi

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) Post Patrul Xidməti Taborunun (PPXT) əməkdaşları - polis serjantları Əfsər Baxşəliyevin və Bəxtiyar Əliyevin xidməti vəzifələrini vicdanla, məsuliyyətlə yerinə yetirmələri, eləcə də şəxsi fədakarlıqları nəticəsində iki nəfərin həyatı xilas edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 28-də səhər saatlarında Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsindəki 14 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 58 kvadratmetr olan mənzildə yanğın baş verib.
Hadisə yerində ictimai asayişi təmin etmək üçün göndərilən Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları əraziyə çatan zaman yanğın baş verən mənzildə ana və azyaşlı övladının köməksiz vəziyyətdə qaldığı barədə məlumat alıblar. Polislər həyatlarını təhlükə altına ataraq huşunu itirmiş, köməksiz vəziyyətdə qalan evin sahibi – Sünbül Əliyevanı və onun azyaşlı övladı Aylini xilas ediblər.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən ana və övladının vəziyyəti normal olsa da, qatı tüstüdən zəhərlənən polis əməkdaşları təcili intensiv terapiya şöbəsinə yerləşdirilib.
Yanğın hadisələri və digər fövqəladə hallar zamanı həyatlarını təhlükəyə ataraq insanları xilas edərkən xəsarət alan polis əməkdaşlarının adına tez-tez rast gəlirik. Bu isə bir daha onu deməyə əsas verir ki, sabitliyin və asayişin, insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq duran Azərbaycan Polisi adına və andına hər zaman sadiqdir.

Polis ana və övladını ölümdən xilas etdi

Mənbə:http://azertag.az/xeber/Polis_emekdaslari_yanan_menzilde_qalan_anani_ve_azyasli_ovladini_xilas_edibler_

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz