» » “Elm” uşaq istirahət düşərgəsində

“Elm” uşaq istirahət düşərgəsində

Müəllif: Dəyanət от 19-07-2017, 16:20

"Ana və Uşaq" AZƏRTAC-a ictinadən bildirir ki, iyulun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA-nın "Elm” uşaq istirahət düşərgəsində olub.
Akademik Akif Əlizadə düşərgənin ərazisində yeni yaradılan infrastrukturla tanış olub, müəyyən tapşırıqlar verib. Daha sonra düşərgədə istirahət edən uşaqlar tərəfindən hazırlanmış musiqi proqramı təqdim edilib.
Səfərdə AMEA-nın Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və Azad Həmkarlar İttifaqı sədrinin müavini, hüquq elmləri doktoru Habil Qurbanov da iştirak ediblər.
"Elm” uşaq istirahət düşərgəsi 1960-cı ildən fəaliyyət göstərir. Düşərgə ərazisində yerləşən istirahət otaqları və yeməkxana sökülərək yenidən inşa edilib. Bundan əlavə, düşərgənin girişində mini zoopark və kiçik fəvvarə quraşdırılıb.

“Elm” uşaq istirahət düşərgəsində

Mənbə:http://azertag.az/xeber/Akademik_Akif_Alizade_Elm_usaq_istirahet_dusergesinde_yeni_yaradilan_infrastrukturla_tanis_olub

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz