» » Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Latviya Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür.
Prezident İlham Əliyevi Latviya Prezidenti Ofisinin rəhbəri Arnis Salnajs və digər rəsmi şəxslər qarşılamışlar.
Aprelin 17-də dövlət başçılarının görüşü olmuş, sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Latviya Respublikasının Prezidenti Raymonds Veyonis və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış etmişlər.
Elə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Riqa şəhərindəki "Azadlıq” abidəsini ziyarət etmişlər.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, abidənin ucaldıldığı mərkəzi meydanda fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçıları abidənin önünə əklil qoydular, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etmişlər.
Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfərdədir

Mənbə: AZƏRTAC

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz