» » Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib

Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib

Müəllif: Dəyanət от 13-07-2017, 00:10
Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Prezident bir neçə gün öncə Füzuli rayonunun Alxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib. Bunu Ermənistanın siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini bütün dünyaya nümayiş etdirdiyini bildirib. Prezident vurğulayıb ki, Alxanlı kəndində törədilmiş hərbi cinayətin dünyada böyük əks-sədası var. Ermənistan bir daha gördü ki, Azərbaycan böyük beynəlxalq dəstəyə malikdir.
Prezident qeyd edib ki, iyunun 11-də xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu . Onlar bu təxribatı törətməklə hesab edirdilər ki, Azərbaycan danışıqlardan imtina edəcək. Biz imtina edə bilərdik, əgər onlara layiqli cavab verməsəydik. Cavablarını verdik, işğalçıları məhv etdik, onları cəzalandırdıq, sonra da danışıqlara getdik.
Dövlət başçısı bildirib ki, tezliklə mənalı, konkret danışıqlar bərpa edilməlidir. Bu, Minsk qrupunun həmsədr ölkələrinin də mövqeyidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.
Dövlət başçısı vurğulayıb ki, biz bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərmişik. Yeni silahlar, ən müasir texnika alınır. İşğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik. Buna baxmayaraq, Azərbaycan öz hərbi potensialını daha da gücləndirməkdə davam edəcək.
ABŞ-Azərbaycan münasibətlərindən də danışan prezident İlham Əliyev qeyd edib ki, iki ölkə arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyub. Bakıda keçirilmiş 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinə ABŞ prezidenti Donald Trampın ünvanlandığı məktubun əhəmiyyətindən danışan dövlət başçısı ABŞ dövlət katibi ilə bir neçə gün öncə İstanbulda keçirdiyi görüşü də yüksək qiymətləndirib.
Azərbaycanın iqtisadi inkişafından da danışan president, bu ilin altı ayında ölkə iqtisadiyyatına ümumilikdə 5 milyard dollar sərmayə qoyulduğunu xatırladıb.Bu ilin altı ayında ixrac 36 faiz artıb, idxal isə 15 faiz azalıb. Azərbaycanın valyuta ehtiyatları 41 mlrd. dollara yaxınlaşıb. 2017-ci ilin əvvəlindən ölkəmizin valyuta ehtiyatları təxminən 3 milyard dollar artıb.
Dövlət başçısı deyib ki, dünyada narahatedici məqamların çoxalmasına baxmayaraq, ölkəmizdə sabitlik möhkəmlənib və bu sabitliyin mənbəyində Azərbaycan xalqı dayanıb.
Prezident iclasda dövlət məmurlarının və onların ailə üzvlərinin davranış normaları ilə bağlı məsələyə də toxunub. Xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin məmurların əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyi vurğulanıb. Dövlət başçısı bu məsələdə heç kimə güzəşt olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib.
Eyni zamanda, prezidenti İlham Əliyev Hacı Cavad məscidinin inşasının sürətləndirilməsi ilə bağlı tapşırıqlarını da verib.
Mənbə: İnternet

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz