» » Azərbaycan Prezidenti İlham Əliyev dünyada ən xeyirxah siyasətçidir

Azərbaycan Prezidenti İlham Əliyev dünyada ən xeyirxah siyasətçidir


Gürcüstan əhalisi arasında keçirilən rəy sorğusunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dünyada "Ən xeyirxah” lider seçilib.
AZƏRTAC Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, "Kviris palitra” qəzeti 500 nəfər arasında sorğu keçirib. Respondentlərə "Siz necə fikirləşirsiniz, dünya liderləri sırasında kim ən xeyirxah siyasətçidir?” sualı təqdim olunub.
Sorğunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ən xeyirxah lider seçilib. Xeyirxah liderlər sırasında ABŞ Prezidenti Donald Tramp ikinci, Ukrayna Prezidenti Pyotr Poroşenko üçüncü yerdədirlər.
Rəcəb Tayyib Ərdoğan, Angela Merkel, Emmanuel Makron və Tereza Meyin də adları ən xeyirxah liderlər siyahısında yer alıb.

Azərbaycan Prezidenti İlham Əliyev dünyada ən xeyirxah siyasətçidir

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Mənbə:http://azertag.az/xeber/Azerbaycan_Prezidenti_Ilham_Aliyev_dunyada_en_xeyirxah_siyasetchidir-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz