» » Bu gün Qazaxıstan Respublikasının 1-ci prezidenti Nursultan Nazarbayevin doğum günüdür

Bu gün Qazaxıstan Respublikasının 1-ci prezidenti Nursultan Nazarbayevin doğum günüdür

Müəllif: Vüsal от 6-07-2017, 00:56
Bu gün Qazaxıstan Respublikasının 1-ci prezidenti Nursultan  Nazarbayevin doğum günüdür

Bu gün Qazaxıstan Respublikasının 1-ci prezidenti (Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi) Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi) Nursultan Əbiş oğlu Nazarbayevin doğum günüdür.
O, "Millət Lideri" titulun daşıyıcısıdır.Hursultan Nazarbayev türk xalqlarının, o cümlədən Azərbaycan xalqının yaxın dostudur: Azərbaycan xalqı qarşısındakı xidmətlərinə görə
"Heydər Əliyev" ordeni ilə təltif olunmuşdur.
Nursultan Nazarbayev 6 iyul 1940 tarixində Qazaxıstanda doğulmuşdur. 1958-1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxumuş, "Kazmetalurqstroy" trestində fəhlə işləmişdir. 1960-1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1967-ci ildə Karağandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirmişdir, iqtisad elmləri doktorudur. 1969-1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışmışdır.
 
Bu gün Qazaxıstan Respublikasının 1-ci prezidenti Nursultan  Nazarbayevin doğum günüdür

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirmişdir. 1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilmişdir. 24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilmişdir. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilmişdir. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılmışdır. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilmişdir. 4 dekabr 2005-ci ildə seçkilərdə 91.15% səs toplayaraq təkrar prezident olmuşdur.
Evlidir, üç qızı var.
Tennis və xalq musiqisinə maraq göstərir.

Bu gün Qazaxıstan Respublikasının 1-ci prezidenti Nursultan  Nazarbayevin doğum günüdür

Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz