» » Beyləqanda Milli Musiqi Günü qeyd olunub

Beyləqanda Milli Musiqi Günü qeyd olunub

Müəllif: Vüsal от 16-09-2016, 19:41

Dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi, musiqişünas alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 131-ci ildönümü və Milli Musiqi Günü Beyləqanda qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Gənclər Mərkəzində keçirilən musiqi bayramında çıxış edənlər Ü.Hacıbəylinin ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışıblar.
Tədbirdə Ü.Hacıbəylinin, Azərbaycanın və dünyanın tanınmış bəstəkarların əsərləri ifa edilib. Milli rəqslər, eləcə də "Odlar Yurdu” uşaq xor kollektivinin ifasında musiqi nümunələri maraqla qarşılanıb.
Sonda rayon və respublika müsabiqələrinin qaliblərinə fəxri fərman və hədiyyələr təqdim edilib.
 

Beyləqanda Milli Musiqi Günü qeyd olunub


Mənbə:http://azertag.az/xeber/Beyleqanda_Milli_Musiqi_Gunu_qeyd_olunub-993049

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz