» » Münxen növbəti Oktoberfest bayramına hazırlaşır

Münxen növbəti Oktoberfest bayramına hazırlaşır

Tipik alman obrazı əsrlər boyu formalaşıb. İki əsrdən çoxdur ki, Oktoberfest illik Münxen bayramı bu obrazın yaradılmasına və dəstəklənməsinə öz töhfəsini verir. Milyonlarla qonaq, su yerinə axan pivə, kolbasa, qızardılmış toyuq, dəri şalvar – bütün bunlar Oktoberfestin ayrılmaz mənzərəsidir.
Dünyanın bir çox yerində "kiçik” Oktoberfestlər keçirilir. Lakin əsas bayram sentyabrın 17-də Münxendə baş tutacaq. Bəzən onu Bavariya həftəsi də adlandırırlar. Avropada ən böyük xalq şənliyi olan bu bayramda hər il təxminən 6,5 milyon insan iştirak edir.
Adətən, Oktoberfest təntənəli paradla açılır. Onun əsas iştirakçıları Bavariya milli geyim ənənələrinə sadiq olan cəmiyyət və klubların üzvləridir. Nəfəsli alətlər orkestrlərinin müşayiəti ilə pivə çəlləkləri yüklənmiş arabalar rəmzi olaraq şənliyin keçirildiyi əsas yerə üz tutur.
Təxminən on min nəfər Bavariyanın bütün bölgələrinə xas milli geyimlərdə şəhərdən keçib gedir. Oktoberfestin açılışı Bavariyanın regional telekanalı ilə yanaşı, Almaniyanın birinci kanalı ilə də canlı yayımlanır.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Münxen növbəti Oktoberfest bayramına hazırlaşır

 



Mənbə: http://azertag.az/xeber/Munxen_novbeti_Oktoberfest_bayramina_hazirlasir-992722

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz