» » Bahar Muradova: "ÜAK-ın ləğvi Rusiyadakı bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir"

Bahar Muradova: "ÜAK-ın ləğvi Rusiyadakı bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir"

Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illər iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsinə gəlib çıxması o deməkdir ki, orada bizi sevənlər də çoxdur. Bunu onların politoloqları, siyasətçiləri də açıq şəkildə deyirlər. Bu addım orada olan bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir.
Bu fikirləri Milli Məclisin plenar iclasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə bağlı məsələyə münasibət bildirən Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
Bahar Muradova bildirib ki, bu vəziyyət ciddi narahatlıq doğurur. Yalnız ona görə yox ki, bu məsələ Azərbaycan və Rusiya arasında olan məsələdir. Bu, ilk növbədə Rusiyanın daxili işidir. Bu, Rusiyanın öz vətəndaşlarına münasibətinin göstəricisidir, vətəndaşların toplaşmaq azadlığına, Rusiyada etnik azlıqların öz dillərini və mədəniyyətlərini qoruyub inkişaf etdirmək hüquqlarına münasibətdir. Düşünürəm ki, bu, Rusiyanın rəsmi mövqeyi deyil.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, Azərbaycan tolerant ölkədir və burada yaşayan bütün xalqlara münasibət eynidir. Bu baxımdan ölkəmizdə rus dili və mədəniyyəti inkişaf etdirilir. Təbii ki, biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanlılara belə münasibət göstərilsin. Başqa ölkələrdə yaşayan həmvətənlərimizə qarşı bu cür adekvat münasibəti tələb etmək hüququmuz var.

Bahar Muradova: "ÜAK-ın ləğvi Rusiyadakı bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir"

Mənbə:http://azertag.az/xeber/Bahar_Muradova_UAK_in_legvi_Rusiyadaki_bezi_quvvelerin_Azerbaycana_qarsi_dusmenchilik_movqeyidir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz