» » Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif olunub

Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif olunub

Müəllif: Dəyanət от 10-05-2017, 00:10

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yüksək mükafatı ilə təltif olunub.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, bu qərar FIG Şurasının Bakıda keçirilən iclasında qəbul edilib.
FIG-nin ikinci rəhbər orqanı olan bu Şuranın tərkibi Federasiya Konqresi tərəfindən seçilir. İldə bir dəfə Şuranın iclasları təşkil olunur.
2020-ci ildə Tokioda baş tutacaq XXXII Yay Olimpiya Oyunlarına hazırlıq dövründə FIG-nin ali orqanlarının ilk dəfə Bakıda keçirilən bu iclasında Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe və vitse-prezidentlər, Şuranın Konqres tərəfindən seçilmiş üzvləri, qitələrin gimnastika federasiyalarının, FIG-nin texniki komitələrinin prezidentləri və digər vəzifəli şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən M.Vatanabe Azərbaycan Gimnastika Federasiyasının gördüyü işlərdən ətraflı söhbət açıb, gimnastikanın təbliği və inkişafı, ən müasir beynəlxalq standartlara uyğun gimnastika arenalarının tikintisi və təchizatı, idmançı və məşqçilərə göstərilən qayğı və onlar üçün yaradılan şərait, yarışların yüksək səviyyədə təşkili baxımından federasiyanın fəaliyyətini xüsusi qiymətləndirib.
M.Vatanabe Azərbaycan Gimnastika Federasiyanın prezidenti, ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-nin yüksək mükafatı ilə təltif olunduğunu bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif olunub

Mənbə:http://azertag.az/xeber/Birinci_vitse_prezident_Mehriban_Aliyeva_Beynelxalq_Gimnastika_Federasiyasinin_yuksek_mukafati_ile_teltif_olunub

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Hörmətli Mehriban xanım sizdən artıq dərəcədə xahiş edirəm mənə kömək edin. Artıq iki ildir ki sizdən kömək diləyirəm. İki qız övladım var. Yoldaşımdan neçə ildir ki boşanmışam. Atam evində müvəqqəti sığınıram. Evlilik yaşına çatmış subay qardaşım var. Özü ikinci qurup əlildi mənə heç cür kömək edə bilməyəcək bir vəziyyətdədir bir xəstə anam xəstə atam var heç yerdən köməyim yoxdu. Mən sizdən sövladlarımla birgə yaşamağa balaca bir ev köməkliyi istəyirəm. Məhləsi olan iki otaqlı balaca bir evə ehtiyacım var xahiş edirəm mənə kömək edin çox pis vəziyyətdəyəm. Uşaqlarım atamı anamı yorur, qardaşım isə ailə qurmaq istəyir. Pis vəziyətdə qalmışam neçə ildir ki bu acıyan yaşayıram..Hər gün evdə yaranan yersiz münaqişələrdən çox yorulmuşam. Xahiş edirəm mənə kömək edin. Hər yerdə deyirlər uşaqlar dövlətin gələcəyidir. Dövlət onlara dəstəkdir. Ama mənə heç dəstək yoxdur xahiş edirəm sizdən bir qızınız kimi məni darda qoymayın mənə kömək edin xahiş edirəm.
  • Нравится
  • 0
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.