» » Böyük Vətən müharibəsi veteranları ilə görüş

Böyük Vətən müharibəsi veteranları ilə görüş

Böyük Vətən müharibəsi veteranları ilə görüş

AZƏRTAC- Nəsimi İcra Hakimiyyətinin məlumatəna istinadən bildirir ki,   mayən 4-də Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə paytaxtın Nəsimi rayonunda veteranlarla görüş və tədbirlər keçirilib. Böyük Vətən müharibəsindəki tarixi qələbə şərəfinə ucaldılmış 1941-1945 abidəsinin yerləşdiyi parkdakı abidə önünə əklillər qoyulub, tər çiçək dəstələri düzülüb.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov veteranları və tədbir iştirakçılarını təbrik edərək öz çıxışında bildirib ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar bu gün hər birimiz üçün əzizdir. Alman faşizmi üzərindəki qələbədə xalqımızın şərəfli yeri var. Respublikamızdan ordu sıralarına 680 min nəfərdən çox əsgər yola salınıb.
Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğurundakı döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunub, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 34 nəfər "Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb.
1941-1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınıb, döyüşən ordunun yanacaqla təminatında Azərbaycan böyük pay sahibi olub. Böyük Vətən müharibəsi illərində SSRİ-də çıxarılan neftin 69 faizi Bakıda istehsal olunub. Müharibə illərində Azərbaycanın ayrı-ayrı bölgələrində 66 təxliyə hospitalı yaradılıb.
İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Qələbənin 72 illiyi ərəfəsində ölkə başçısının Sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.
Tədbirdə çıxış edən veteranlar öz xatirələrini danışaraq onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə veteranlara rayon icra hakimiyyətinin hədiyyə və maddi yardımlar verilib. Səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilməyən veteranlarının yaşadıqları mənzillərə baş çəkilərək onlara bayram sovqatları çatdırılıb.

Böyük Vətən müharibəsi veteranları ilə görüş

Böyük Vətən müharibəsi veteranları ilə görüş

Böyük Vətən müharibəsi veteranları ilə görüş


Mənbə:http://azertag.az/xeber/Boyuk_Veten_muharibesi_veteranlari_ile_gorus-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz