» » Sənət, peşə seçimində gender bərabərliyi

Sənət, peşə seçimində gender bərabərliyi


Azərbaycan Dillər Universitetinin (ADU) Fransa Məlumat Mərkəzində Bakı Fransız Liseyinin direktoru Filip Siro və liseyin müəllimi Jan Lük Dubröyun iştirakı ilə "Sənət, peşə seçimində gender bərabərliyi” mövzusunda seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, təhsil, filologiya və jurnalistika fakültələrinin tələbələrinin iştirak etdikləri seminarda J. Dubröyun təqdimatında kişi və qadın peşə seçimində üstünlük, kişilərin və qadınların üstünlük təşkil etdikləri peşə növlərinin statistik fərqləri və mövcud problemin Fransa və Azərbaycandakı vəziyyəti müqayisə olunub.
Sonda tələbələrin sualları cavablandırılıb.

Sənət, peşə seçimində gender bərabərliyi

Mənbə:http://azertag.az/xeber/Senet_pese_sechiminde_gender_beraberliyi-1057172

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz