» » Xətai rayonunun 24 saylı tam orta məktəbində Bilik Günü

Xətai rayonunun 24 saylı tam orta məktəbində Bilik Günü

 

Xətai rayonunun  24 saylı tam orta məktəbində Bilik Günü

 

Bu gün ölkəmizin hər yerində bir coşqunluq, bayram əhvali-ruhiyyəsi yaşandı.
Səbəb də bu idi ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, yeni dərs ili sentyabrın 15-də başlanır və hər il bu tarix ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Təhsilə, məktəbə istər dövlətimizin, istərsə də insanların bu qədər əhəmiyyət verməsi təsadüfi deyil. Axı bütün insanların taleyi, gələcək arzuları məktəblə, onların aldığı təhsillə bağlıdır. Bu səbəbdən də hamı nəzərlərini məktəbə dikir, övladlarının sağlam və intellektual cəhətdən yetkin, hazırlıqlı gənc kimi yetişməsinə can atır. Dövlətimiz, Cənab Prezident İlham Əliyev gələcəyimizin qurucuları olan gənc nəslin sağlam və bilikli yetişməsi üçün lazım olan bütün şərait və imkanları yaratmaqdadır. 
Bu il ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək. Tələbə adı qazanan 34 771 nəfər gənc də bu gün ilk dəfə ölkəmizin müxtəlif ali təhsil müəssisələrinə qədəm basacaq.

Xətai rayonunun  24 saylı tam orta məktəbində Bilik Günü

Ümumilikdə isə ölkəmizin 4 472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin  sayı 1 415 242 nəfərdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq. Bunlardan 43 397 şagird I sinfə gedəcək. Onların rahat, yaraşıqlı məktəblərdə təhsil alması üçün böyük addımlar atılmaqdadır.
Son illər xüsusi vüsət alan məktəb tikintisi, eləcə də digər təhsil müəssisələri tikintisinə, bu tədris ili üçün aparılan tikintiləri, təmir və yenidən qurulan məktəbləri də əlavə etsək, ölkəmizdə təhsilin prioritet sahə olduğuna bir daha əmin olarıq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin verdiyi məlumata əsasən yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb istifadəyə veriləcək. 17 məktəbdə əsaslı, 384 məktəbdə isə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam etdirilir.
Daha 2 internat məktəbi yeni tədris ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə əsaslı təmir olunub istifadəyə veriləcək.
Bunlar Azərbaycanın iqtisadi yüksəlişindən xəbər verir. Elə ölkəmizdə fəaliyyət göstərən bütün təhsi müəssisələri də bu gün qeyd olunan Bilik Günü tədbirləri ilə bu yüksəlişə layiqincə xidmət edəcəklərini deməyə əsas verir. Belə tədbirlərdən biri də Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirildi.
Məktəbdə 850 şagird təhsil alır. Bu şagirdlərin təhsili ilə 100-ə yaxın müəllim məşğul olur. Məktəbə rəhbərlik edən Pərvanə xanım Abbasova bu vəzifəyə 2 ildir ki, təyinat alıb. Bu müddətdə məktəbin uğurları sevindiricidir. 2015/2016-cı tədris ilində məzun olmuş 71 şagirdin 11 nəfəri 600-dən yuxarı bal toplayaraq ölkənin müxtəlif ali məktəblərinə qəbul olunmuşdur.667 bal toplayan Könül Sadıqova xüsusilə seçilmişdir.

Xətai rayonunun  24 saylı tam orta məktəbində Bilik Günü

Xətai rayonunun nümunəvi tədris ocaqlarından biri olan 24 saylı tam orta məktəbində Azərbaycan və rus bölməsi üzrə komplektləşdirilən 4 sinifdə 100 nəfər şagird bu gün ilk dəfə məktəbə qədəm qoydu.
Bilik Günü münasibəti ilə məktəbin həyəti bayramsayağı bəzədilmişdi. Şagirdlər, müəllimlər, valideynlər əvvəlcə böyük sevinc içərisində Azərbaycanın Himnini dinlədilər. Məktəbin direktoru Pərvanə Abbasova çıxış edərək şagirdləri, valideynləri, qonaqları salamladı. Təhsilimiz haqqında xoş fikirlərini bildirdi və bütövlükdə xalqımızı Bilik günü münasibəti ilə təbrik etdi. Ayrı-ayrı fənn müəllimləri tədbirə toplaşanlara öz ürək sözlərini çatdırdılar. Sonra şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirildi, milli rəqslər nümayiş etdirildi.
Tədbirin sonunda Xətai rayon İçra Hakimiyyətinin nümayəndəsi Aqil Cəbrayıllı Xətai Rayon İcra Hakimiyyəti adından yeni dərs ili münasibəti ilə müəllimləri, şagirdləri, valideynləri təbrik etdi, onlara uğurlar arzuladı. Və nəhayət İlk Zəng səsləndirildi. Məktəbin həyətinə toplaşmış izdihamın müşayiəti ilə birincilər üzlərində, gözlərində sevinc sinif otaqlarına sıralandılar.
Birincilər, Sizə uğurlar.
Bayramınız mübarək!
 

Xətai rayonunun  24 saylı tam orta məktəbində Bilik Günü

 

Xətai rayonunun  24 saylı tam orta məktəbində Bilik Günü

 

Xətai rayonunun  24 saylı tam orta məktəbində Bilik Günü

 

Xətai rayonunun  24 saylı tam orta məktəbində Bilik Günü

 

Xətai rayonunun  24 saylı tam orta məktəbində Bilik Günü


Xətai rayonunun  24 saylı tam orta məktəbində Bilik Günü

 

Xətai rayonunun  24 saylı tam orta məktəbində Bilik Günü

 

Xətai rayonunun  24 saylı tam orta məktəbində Bilik Günü

 

Xətai rayonunun  24 saylı tam orta məktəbində Bilik Günü

 

Xətai rayonunun  24 saylı tam orta məktəbində Bilik Günü

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: online
  • Şərhləri: 58
  • Məqalələri: 869
^
Birincilər, təbrik edirik. Hər zaman birinci olun
  • Нравится
  • 0