» » Neft və Sənaye Universitetində 30 aprel terror qurbanlarının xatirəsi anılıb

Neft və Sənaye Universitetində 30 aprel terror qurbanlarının xatirəsi anılıb

Müəllif: Dəyanət от 30-04-2017, 14:30

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin professor-müəllim heyəti, tələbələr, terror qurbanlarının yaxınlarının iştirak etdiyi anım mərasimi faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə başlayıb. Terror qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edən tədbir iştirakçıları barelyefin önünə gül dəstələri düzüblər.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən rəsm sərgisində tələbələrin faciə haqqında çəkdiyi rəsmlər nümayiş olunub. Sonra universitetin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə ADNSU tələbələrinin 30 aprel haqqında hazırladığı qısa film təqdim edilib.
30 aprel hadisələrinin hər kəsin qəlbində dərin iz buraxdığını deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı hadisə qurbanlarının xatirəsinin daim əziz tutulacağını bildirib. Terrordan heç bir dövlətin sığortalanmadığını söyləyən rektor M.Babanlı belə bir hadisənin bir daha baş verməyəcəyinə inandığını qeyd edib: "Həmin gün həlak olan insanlar həmişə Azərbaycanı güclü görməyi arzulayıblar. Biz də universitet olaraq əlimizdən gələni edib ölkəmizin inkişafına töhfə verməli, onların ruhu qarşısında öz borcumuzu yerinə yetirməliyik”.
Sonra tədbir iştirakçıları faciə qurbanları haqqında xatirələrini bölüşüblər.

Neft və Sənaye Universitetində 30 aprel terror qurbanlarının xatirəsi anılıb

Neft və Sənaye Universitetində 30 aprel terror qurbanlarının xatirəsi anılıb

Mənbə:http://azertag.az/xeber/Neft_ve_Senaye_Universitetinde_30_aprel_terror_qurbanlarinin_xatiresi_anilib

Neft və Sənaye Universitetində 30 aprel terror qurbanlarının xatirəsi anılıb

 

P.S: "Ana və uşaq" oxucuları da dərin ehtiramala bu ümumxalq kədərinə qoşulur...




Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.