» » Tanınmış musiqişünas-alim, Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov vəfat etmişdir

Tanınmış musiqişünas-alim, Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov vəfat etmişdir

Tanınmış musiqişünas-alim, Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov vəfat etmişdir

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir: tanınmış musiqişünas-alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov 77 yaşında əbədiyyətə qovuşmuşdur.
Bəstəkar II Fəxri xiyabanda dəfn olunmuşdur. Vida və dəfn mərasimlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisii Vüqar Zeynalov, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun vəfatı ilə bağlı başsağlığı vermişdir..
"Qafqazinfo" xəbər verir ki, başsağlığı məktubunda bildirilir:
Professor Ramiz Zöhrabovun elmi fəaliyyəti Azərbaycanın zəngin musiqi irsinin tədqiqi və təbliği ilə sıx bağlıdır. Alimin Azərbaycan muğamlarına, o cümlədən təsniflərə, zərb-muğamlarına və dəsgahlara həsr etdiyi 200-dən artıq elmi əsər və kitab mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib Görkəmli muğam ustadlarının ifasından çox sayda muğam və təsniflərin ilk dəfə nota alınması Ramiz Zöhrabovun səyləri nəticəsində gerçəkləşmişdir. Alimin tədqiqatları, eləcə də Azərbaycan bəstəkarlarının yaradıcılığını əhatə edir. Ramiz Zöhrabovun Azərbaycan musiqişünaslığının uğuru sayılan araşdırmaları xarici ölkələrdə nəşr olunaraq müxtəlif alimlər tərəfindən mötəbər mənbə kimi qəbul edilib.
Ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı mədəni proqramlarda, o cümlədən muğam müsabiqələrində musiqişünas kimi yaxından iştirak edən Ramiz Zöhrabovun muğam aləminin sirlərinin tamaşaçılara dəqiqliklə çatdırılması və insanların estetik zövqünün inkişaf etdirilməsində mühüm xidmətləri vardır.
Ramiz Zöhrabovun Azərbaycan musiqi mədəniyyətinin zənginləşdirilməsi sahəsində çoxillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1990-cı ildə "Əməkdar incəsənət xadimi” və 2008-ci ildə "Xalq artisti” fəxri adlarını almış, 2009-cu ildə isə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!
İlham Əliyev, Mehriban Əliyeva, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Mikayıl Cabbarov, Arif Məlikov, Fərhad Bədəlbəyli, Firəngiz Əlizadə, Siyavuş Kərimi

Tanınmış musiqişünas-alim, Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov vəfat etmişdir

Tanınmış musiqişünas-alim, Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov vəfat etmişdir

Tanınmış musiqişünas-alim, Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov vəfat etmişdir

Tanınmış musiqişünas-alim, Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov vəfat etmişdir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz