» » Aprel döyüşləri düşmən üzərində qələbənin başlanğıcıdır

Aprel döyüşləri düşmən üzərində qələbənin başlanğıcıdır


Aprel döyüşləri düşmən üzərində qələbənin başlanğıcıdır. Bu hadisələr "ermənilərin məğlubedilməzliyi” mifini alt-üst etdi və Dağlıq Qarabağda mövcud status-kvonun dəyişilməsinin vacibliyini bir daha ortaya qoydu.
Bu fikir aprel döyüşlərinin ildönümü ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilən elmi-praktik seminarda deyilib.
ADPU-dan AZƏRTAC–a bildirilib ki, tədbirdə universitetin musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin dosenti Laçın Həsənova, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Məhərrəm Cahangirov, bu döyüşlərin iştirakçıları, polkovnik-leytenantlar Vüqar Mirzəliyev, Eldəniz Sadıqov və başqaları aprel hadisələrindən söz açıblar.
Qeyd edilib ki, ötən il aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı bölmələri tərəfindən bütün cəbhə boyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından davamlı atəşə tutulub.
Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin sıx yaşadığı bir sıra yaşayış məntəqələri də düşmənin atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi fəallığını genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın cavab atəşi ilə darmadağın edilib, nəticədə düşmənin yüksək rütbəli zabitləri - polkovnik və generallar məhv edilib. Döyüşlər nəticəsində Azərbaycan Ordusu iki min hektar ərazini işğaldan azad edib.
Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, fakültənin baş müəllimi Nəcibə Axundova tədbirin təşkilinə görə ADPU-nun rəhbərliyinə təşəkkürünü bildirib, həyat yoldaşının döyüş yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb, ailələrinə göstərilən dövlət qayğısından razılıq edib.
Tədbir fakültənin müəllim və tələbələrinin hazırladıqları konsert proqramı ilə yekunlaşıb.

Aprel döyüşləri düşmən üzərində qələbənin başlanğıcıdır

Mənbə:http://azertag.az/xeber/Aprel_doyusleri_dusmen_uzerinde_qelebenin_baslangicidir-1048898

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz