» » Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Novruz şənliyi keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Novruz şənliyi keçirilib

Müəllif: Dəyanət от 22-03-2017, 00:25
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Novruz bayramına həsr edilmiş təntənəli tədbir keçirib.
Birliyin idarə heyətinin üzvü Emin Hacıyev RAGB-nin sədri Leyla Əliyevanın adından tədbir iştirakçılarını təbrik edib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində qeyd olunduğu kimi, dünya azərbaycanlılarının həmrəyliyinin rəmzi olan Novruzu xaricdə yaşayan həmyerlilərimiz də bayram edirlər və bu, onların tarixi vətənə bağlılıq hissini gücləndirir. E.Hacıyev vurğulayıb ki, bahar və xeyir-bərəkət rəmzi olan Novruz bayramı xalqımız tərəfindən çox sevilir və xaricdə, o cümlədən Rusiyada yaşayan bütün həmyerlilərimiz onu geniş qeyd edirlər.
Bayram tədbiri canlı milli musiqi ilə müşayiət olunub, səhnədə məşhur müğənni İlona Yankovskaya, "Qarabağ” və "Vətən” ansamblları, Zeynəb Nəsibova, Fardi Səmədov, Jalə Kərimova çıxış ediblər.
Bayramsayağı bəzədilmiş masalara Novruzun əsas atributları olan səməni və ənənəvi şirniyyat növləri - paxlava, şəkərbura, şorqoğalı düzülmüşdü. Keçəl və Kosanın təşkil etdiyi şən müsabiqələrə heç kəs laqeyd qalmayıb.
Azərbaycan gənclərinin rusiyalı dostları və Moskvadakı türk diasporunun üzvləri də Novruz bayramını onlarla birgə qeyd etmək üçün tədbirə gəlmişdilər.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Novruz şənliyi keçirilib

Mənbə:http://azertag.az/xeber/Heyder_Aliyev_Fondunun_vitse_prezidenti_Leyla_Aliyevanin_tesebbusu_ile_Moskvada_Novruz_senliyi_kechirilib-1045046

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz