» » Tibb Universitetinin kollektivi bayramı xəstələrlə birlikdə qeyd edib

Tibb Universitetinin kollektivi bayramı xəstələrlə birlikdə qeyd edib


Azərbaycan Tibb Universitetində Novruz bayramına həsr olunmuş "Ey həyat, sən nə qəribəsən” mövzusunda bayram tədbiri keçirilib. Mərasimdə ATU-nun klinikalarında müalicə alan xəstələr də iştirak edib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, professor Gəray Gəraybəyli tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Novruz bayramı xalqımızın ən vacib və çox sevilən bayramlarından olduğunu deyən rektor, tədbirin adının həyat qəribəlikləri ilə bağlılığının təsadüfi olmadığına diqqət çəkib. G.Gəraybəyli bayramı klinikada keçirmək məcburiyyətində olan xəstələrin hər birinə tezliklə sağalmalarını diləyib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Tibb Universitetinin kollektivi bayramı xəstələrlə birlikdə qeyd edib

Mənbə:http://azertag.az/xeber/Tibb_Universitetinin_kollektivi_bayrami_xestelerle_birlikde_qeyd_edib-1044784

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz