» » Şəhid Çingiz Qurbanova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib

Şəhid Çingiz Qurbanova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib

Müəllif: Dəyanət от 8-02-2017, 00:05
Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Ç.Qurbanov ötən il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.
Ç.Qurbanovun cəsədi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

Şəhid Çingiz Qurbanova  Azərbaycanın Milli Qəhrəmanı  fəxri adı verilib
 
Mənbə:http://azertag.az/xeber/Sehid_CHingiz_Qurbanova_Azerbaycanin_Milli_Qehremani_adi_verilib-1033120

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz