» » Azərbaycan Ordusunun şəhid əsgəri ilə vida mərasimi keçirilir

Azərbaycan Ordusunun şəhid əsgəri ilə vida mərasimi keçirilir

Müəllif: Anaveusaq.az от 6-02-2017, 11:00

Azərbaycan Ordusunun şəhid əsgəri ilə vida mərasimi keçirilir

 

"Ana və Uşaq " AZƏRTAC-a istinad xəbər verir ki,Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovla vida mərasimi başlayıb.
Mərasimdə bildirilib ki, 2016-cı il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz