» » Murmanskda 20 Yanvar şəhidləri anılacaq

Murmanskda 20 Yanvar şəhidləri anılacaq

Müəllif: Vüsal от 8-01-2017, 00:10
Murmanskda Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional bölməsinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin fəalları və azərbaycanlı tələbələr tərəfindən 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbirlər təşkil olunacaq.
Tədbirlər çərçivəsində şəhidləri anma mərasimi, bədii və foto sərgilər keçiriləcək, 1990-cı ilin qanlı yanvar hadisələri haqqında filmlər nümayiş olunacaq.
Rusiyanın Murmansk Vilayət İctimai Palatasının üzvü, ÜAK-ın regional bölməsinin sədri Afil Hüseynovun AZƏRTAC-a verdiyi məlumata görə, yanvarın 20-də faciəyə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək.
Nəzərdə tutulan tədbirlərdə bələdiyyə və hökumət orqanlarının, diaspor təşkilatlarının nümayəndələri, Murmansk Vilayət İctimai Palatasının üzvləri, KİV təmsilçiləri iştirak edəcəklər.
Ümumrusiya Azərbaycan Konqresinin Murmansk bölməsinin fəalları dünya parlamentarilərinə müraciət, habelə Rusiya Federasiyasının Murmansk vilayət hökumətinin rəsmi saytında və bir sıra regional KİV-lərdə dərc olunacaq 1990-cı il yanvar hadisələrinin 27-ci ildönümü ilə bağlı məqalələr hazırlayıblar.
Murmanskda 20 Yanvar şəhidləri anılacaq

Mənbə:http://azertag.az/xeber/Murmanskda_20_Yanvar_sehidleri_anilacaq-1024912

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz