» » Azərbaycan Urologiya və Andrologiya Assosiasiyalarının VII Simpoziumu

Azərbaycan Urologiya və Andrologiya Assosiasiyalarının VII Simpoziumu

11 may 2013 tarixində Bakıda "Kempinski” otelində Azərbaycan Urologiya və Andrologiya Assosiasiyalarının VII Simpoziumu keçirilmişdir.
Simpozium Ümummilli lider H.Əliyevin 90 illik yubileyinə həsr olunmuşdu. Dövri olaraq hər il təşkil olunan bu simpoziumlarda məqsəd həkimlərimizin elmi və təcrübi biliklərinin mübadilə olunmasıdır. Simpoziumda Türkiyənin və Rusiyanın ayrı-ayrı universitetlərindən məşhur alimlər iştirak edtmişdir. Onların arasında Türkiyə Uroloji Dərnəyinin Prezidenti, ptofessor dr. A.Kadıoğlu, Ondokuz Mayıs Universiteti Uroloji Anabilim Dalı, prodessor, dr. R. Aşçı, İstambul Tibb fakültəsi Androloji Bilim Dalı, uzman, dr. M.Dinçer, MDTSU-nun professor və fəlsəfə doktorları M. Vasilçenko, İ.Semanyakin, V.Tedeyev, R.Əliyev, N.Əliyev və başqaları təmsil olunmuşdur.
Bundan başqa simpoziumda Bakıdan və respublikanın müxtəlif rayonlarından sahə üzrə 250-yə qədər həkim iştirak etmişdir.
Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə əklil qoymuş, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad etmişlər
Simpozium 10 - 00-dan 18: 30-a kimi "Kempinski” otelində davam etmişdir. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və simpozium öz işinə başlamışdır.
Aşılışda AUA-nın sədri, Azərbaycan Milli Elmlər Akademiyasının muxbir üzvü, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, professor S.İmamverdiyev, TÜD başqanı prof. A.Kadıoğlu, simpoziumun həmsədrləri prof. K.Abdullayev, prof. İ.Fiqarov, prof. S.Cavadzadə , ARTA-nın sədri, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müəllimi, tibb elmləri doktoru İ.Əhmədov çıxış edərək simpozium iştirakçılarına uğurlar arzulamışlar.
Simpoziumda 30-dan artıq məzruzə və bu məruzələr ətrafında çıxışlar dinlənilmişdir.
Müakirə və çıxışlarda daha çox müasir uroloji əməliyyatlar, sonsuzluq və kişi cinsi problemlərinin müasir müalicə metodları, Azərbaycanda hal-hazırdakı androloji durum, gənc həkimlərin yetişdirilməsində atacağımız addımlar, avropa və dünya elmi jurnallarında bizim alimlərin məqalələrinin dərc olunması məsələləri müzakirə olunmuşdur.
Tədbirdən sonra simpoziumun Təşkilat komitəsi qonaqların şərəfinə şam yeməyi təşkil etmişdir. Tədbirdə Azərbaycan incəsənət ustalarının ifasında muğam və mahnılarımız səsləndirilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz