» » Tanınmış şair İlyas Tapdıq dünyasını dəyişib

Tanınmış şair İlyas Tapdıq dünyasını dəyişib

Müəllif: Vüsal от 26-12-2016, 00:10
Tanınmış şair İlyas Tapdıq dünyasını dəyişib


AZƏRTAC xəbər verir ki,tanınmış şair, naşir, maarifpərvər ziyalı, Prezident təqaüdçüsü İlyas Tapdıq dünən -dekabrın 25-də axşam saatlarında 82 yaşında vəfat edib.
1934-cü ildə Gədəbəydə anadan olan İlyas Tapdıq Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan” jurnalında dərc olunan "Bakının gecəsi” şeiri ilə başlayıb. "Uşaqgəncnəşr”də redaktor, "Azərnəşr”də redaktor, böyük redaktor, "Gənclik” nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor, Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru, "Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləyib.
İ.Tapdıq 1992-1995-ci illərdə "Azərbaycan” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri olub.

Tanınmış şair İlyas Tapdıq dünyasını dəyişib

Allah rəhmət etsin.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz