» » UNICEF: "Dünyada 28 milyon uşaq müharibələr səbəbindən evlərini tərk edib"

UNICEF: "Dünyada 28 milyon uşaq müharibələr səbəbindən evlərini tərk edib"

Müəllif: Anaveusaq.az от 8-09-2016, 00:13

BMT-nin Beynəlxalq Uşaq Fondu (UNICEF) dünyada 28 milyon uşağın müharibələr səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilat təqdim etdiyi məruzədə qaçqın durumuna düşən uşaqların sayının son 10 ildə təxminən iki dəfə artdığına diqqət çəkib. Sənəddə evlərini tərk etmək məcburiyyətində qalan 28 milyon uşağın 10 milyonunun mühacir statusu aldığı bildirilir. Məruzəyə əsasən, mühacir uşaqların 45 faizi Suriya və Əfqanıstandandır.
UNICEF-in 2015-ci ildə verdiyi məlumata əsasən, uşaqlar dünya əhalisinin üçdə birini təşkil edir. Müharibələr səbəbindən evlərini tərk edən insanların isə yarısı uşaqlardır.

Mənbə:http://azertag.az/xeber/UNICEF_dunyada_28_milyon_usaq_muharibeler_sebebinden_evlerini_terk_edib-990494

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz