» » Sevgilisi üçün hər gün rəqs edən quş

Sevgilisi üçün hər gün rəqs edən quş


Bizi əhatə edən təbiətdə quşların 9800-dən artıq növü yaşayır. Elmi təsnifatına görə quşlar müxtəlif növlərə aid olsalar da, quşlar, adətən, uçma qabiliyyətləri ilə (pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur) xarakterizə olunurlar. Quşların yaşadığı, artıb çoxaldığı təbiət mövsümi dəyişikliklərlə əhatə olunduğu üçün quşlar da öz həyatlarını bu dəyişikliklərlə tənzimləyir. Məsələn, quşların çoxalmaya hazırlıq dövrü, çoxalması, lələkdəyişmə dəyişmə dövrü, qışa hazırlıq dövrü, qışlama dövrü və quşların köçməsi.
Quşların köçməsi payız və yaz fəsli ilə obrazlaşıb. Bu zaman ilk ağıla gələn mənz durnalar olur.
Durnalar haqqında biz əvvəlki yazımızda müəyyən məlumatlar vermişik. Bu yazımızda isə durnaların rəqsinə diqqəti cəlb etmək istəyirik.
Ümumiyyətlə, təbiətdəki bütün canlılar özünəməxsus xüsusiyyətləri ilə, məsələn, sərçəkimilərin bəzi növləri cəh-cəhləri, durna və qulələklilər nəvazişli rəqsləri, ağacdələnlər dimdiyini quru ağaca döyməklə çıxardığı təbil səsinə oxşar səsləri ilə, qartallar qanadlarını gərib havada süzməsi ilə diqqəti cəlb edirlər və s. Büütn bunlar hamısı təbiətin quşların həyatı üçün nizamladığı qaydalardır və səbəbsiz deyildir.

Sevgilisi üçün hər gün rəqs edən quş
Biz yuxarıda dediyimiz kimi, quşların mövsümü dəyişikliyə uyğunlaşmasının mühüm bir mərhələsi də onların artıb çoxalmasıdır. Bunun üçün quşlar cütləşirlər və bu zaman onların malik olduğu xüsusiyyətlər cütləşmədə ciddi amilə çevrilir. Quşların erkəkləri cəlbedici hərəkətlər edir və ya oxuyur. Erkək quşun özünəməxsus tərzdə oyun və ya rəqsləri, həmçinin məlahətli cəhcəhləri dişi quşları cəlb edir və bu da başqa növlərlə cütləşmə hallarını aradan qaldırır. Çox maraqlıdır ki, əksər quşların əmələ gətirdiyi cütlər ömürlük olur: onlar bir-birlərinə bağlanır və nəsli artırmaq üçün birlikdə yuva sahəsi seçir, yumurtalayır və kürt yatıb bala çıxarır və s.
Durnaların rəqsindən isə heç olmaz. Bir gözəl rəqs edənə "durna kimi süzürsən" deyilməsi də təsadüfi deyildir. Şüursuz dediyimiz bu quşlar sevdalı olduqları könüllərin nazını çəkmək üçün sevgilisinə rəqs edir...
Ay balam, niyə paxıllıq edirsiniz? Bilin, onlar öz sevdikləri üçün hər gün rəqs edirlər: özü də insan kimi təkcə toyda, hansısa bir şənlikdə yox, bütün həyatları boyu, özü də yorulmadan, usanmadan.
Bir tamaşa edin:

 

Baxdınızmı, heyran qaldınızmı? Bayaqdan təkrar-təkrar tamaşa edirəm. Durnalar rəqs edir... Ürəkdən, sevərəkdən, özlərini bir-birlərinə həsr edərəkdən rəqs edirlər. Heç gör bir-birlərinə mane olurlarmı? Hər kəs öz sevdiyinə ayrılıb, hər kəs öz sevdiyinə rəqs edir. Rəqs hərəkətləri, aralarındakı məsafə, plastika, estetik fiqurlar, fon musiqisi necə uyğun?!
Necə ədalıdırlar, necə naz satırlar sevdiklərinə?! Havaya atılanda, bir qədər yüksəklikdən asılı qalmış vəziyyətlərində necə dəqiqliklə idarə olunurlar?

Sevgilisi üçün hər gün rəqs edən quş
Sevgilisi üçün hər gün rəqs edən quş
Sevgilisi üçün hər gün rəqs edən quş
Sevgilisi üçün hər gün rəqs edən quş
Sevgilisi üçün hər gün rəqs edən quş
Sevgilisi üçün hər gün rəqs edən quş
Sevgilisi üçün hər gün rəqs edən quş
Sevgilisi üçün hər gün rəqs edən quş
Sevgilisi üçün hər gün rəqs edən quş
Sevgilisi üçün hər gün rəqs edən quş
Sevgilisi üçün hər gün rəqs edən quş
Sevgilisi üçün hər gün rəqs edən quş

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz