» » "Qəhqəhə çiçəyi "

"Qəhqəhə çiçəyi "

"Qəhqəhə çiçəyi "

Heç bilirdinizmi ki, "gündüz səfası", "sahil qəhqəhəsi", "hasar sarmaşığı" kimi adlanan bu çiçək "qəhqəhə çiçəyi" adlanır? Bizim tərəflərdə buna "liana", "quqqu çiçəyi" də deyirlər. Ümumiyyətlə, Aralıq dənizi sahillərində yetişir və 250-dən çox növü vardır. Tez böyüyən bu bitki, təxminən 24 metrə qədər uzanır. Yaşıl rəngli ürək formalı yarpaqları, yaz ortalarından payızın əvvəllərinə qədər boru formasında mavi, bənövşəyi və bəzən qırmızı rəngdə açan iri və dəbdəbəli çiçəkləri vardır. Bu çiçəklər səhər günün ağarmasıyla birlikdə açar və quşluq zamanı (günortadan bir-iki saat qədər əvvəl) bağlanar. Ancaq indiki vaxtda daha uzun zaman çiçəkli qalan və xüsusilə buludlu günlərdə çiçəklərini heç bağlamağı "düşünməyən" növləri də əldə edilmişdir.

"Qəhqəhə çiçəyi "

"Qəhqəhə çiçəyi "

"Qəhqəhə çiçəyi "

 
"Qəhqəhə çiçəyi" bol günəşli mühitləri sevər. Torpağı çox quraq və ya nəmli olmamalıdır. Əks təqdirdə, bitki çiçək açmağı unudub bol- bol yarpaq çıxarmağa qoyular. Toxumlarıyla çıxarılan bitkinin toxumları, yazda don təhlükəsi tamamilə keçdikdən və suyu tutması üçün toxumu cücərtiləməyə başladıqda birbaşa bağçadakı yerlərinə 20- 30 sm. aralıqlarla və torpaqda 11,5 sm. qədər dərinə əkilir. Bitkinin lazımı inkişafı üçün yanında bir ağac kimi tutacağı şeylərin olması lazımdır. Bağçalarda yetişdirilən qəhqəhə çiçəyi yalnız bir saxsı, ya da balon içində yetişdirilən əkin, kökü torpaqdan ayrılmadan yenə başqa bir saxsıya köçürülə bilir. Kökü torpaqdan ayrılmışsa, o heç vaxt tutmaz.
Adətən evlərin, pəncərələrin qarşısında becərilir:görünüşü ilə könüllərə, gözlərə bir rahatlıq gətirər.
"Qəhqəhə çiçəyi" həm də şəfalı bitki hesab edilir. O, qəbizliyi aradan qaldırır və
həzmi asanlaşdırır.

"Qəhqəhə çiçəyi "

"Qəhqəhə çiçəyi "

"Qəhqəhə çiçəyi "

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz