» » Mandarin ördəyi - sevgi və səadətin simvolu

Mandarin ördəyi - sevgi və səadətin simvolu

Mandarin ördəyi  - sevgi və səadətin simvolu


Mandarin ördəyi ördəkkimilər fəsiləsinə mənsubdur. Çox da iri deyil, orta böyüklükdədir. Al-əlvan rəngləri ilə çox romantik bir təsir bağışlayır. Onların parlaq lələkləri mandarin rəngini andırır və buna görə də belə ad vermişlər.
Qırmızı kitaba düşən mandarin ördəklərinin yaylma arealı ədəbiyyatda Şərqi Asiya kimi (əsasın, Çin və Yaponiya) göstərmişdir, lakin müxtəlif təsirilərlə mandarin ördəkləri dünyanın bir mox ölkələrinə - Böyük Britaniyada, Rusiyayada və sair ölklərdə də məskən salmışlar. Türkiyədə heyvanat bağçalarında saxlanılır və qiyməti yüksək olduğundan müəyyən qisim adamlar da onları alıb saxlayır. Azərbaycanda da olduğu haqqında məlumat var. Rusiya, Amur və Saxalin Region Xabarovsk və Primorsky rayonlarında da kütləvi olarq məskunlaşıblar.

Mandarin ördəyi  - sevgi və səadətin simvolu

 

 
10 il yaşayır , düzgün qidalanma və qayğı ilə evdə 25 ilə qədər yaşaya bilirlər. Bu ördək dekorativ quşlar kimi parklarda da yetişdirmişdir.
Çəkiləri 0,4 kq-dan 0,7 kiloqrama qədər olur. Bu ördəklərin özəl xüsusiyyətlərindən biri budur ki, cütləşmə vaxtı erkək Mandarin ördəyi niun rəngi digər ördəklərdən fərqlənir. Erkəklər göz oxşayan və müxtəlif rəngləriylə olduqca diqqət çəkir, dişilər isə adi tüklərə sahibdir.
Bir fərq də budur ki, mandarin ördəkləri , əsasən, ağaclarda yaşayırlar. Gün boyunca isə yerdə oturar və ya eşələnirlər.
Dişilər Carolina ördəyinin dişilərinə bənzərdir, göz ətrafında və gözün arxasından kürəyə qədər uzanan ağ lentləri vardır, alt qisimlər daha gözəldir və yan tərəflər ağ xəttlidir. Dimdiyinin ucu nəfis rənglidir.

Mandarin ördəyi  - sevgi və səadətin simvolu


Mandarin ördəkləri dayaz göllərin yaxınında, kollar, ya da kiçik nohur bitkilərinin gövdələrində çoxalırlar. Ana ördəklər su yaxınındakı ağac oyuqlarında yuva qurur və balalarını bəsləyirlər.
Əsas qidaları bitki və toxumlardır, xüsusilə ağcaqayın meyvəsi. Mandarin ördəkləri qış olanda kiçik sürülər meydana gətirir, lakin digər ördəklərlə nadir olaraq qarışırlar. Qışda Asiyada yaşayanlar isti ölkəlırə - Çinin şərqinə və Yaponiyanın cənublarındakı düzənliklərə köç edir.
Mandarin ördəkləri Şərq ədəbiyyatınd sədaqətin və sevginin simvolu olaraq həmişə idealizə edilmiş, bu qeyri-adi rəngarəng quşlar rəssam , şair və bəstəkarlar üçün ilham mənbəyi olmuşdur. Yeni ailə quran gənclərə bu quşların məhəbbətlərindəki sədaqəti, həssaslığı arzulamışlar və təbii ki, istər çehiz əşyalarında, istərsə də, sadəcə, keramika materiallarından hazırlanmış bu gözəl quşları evlərində ehtiramla saxlamışlar.
Doğrudan da, bu quşlar məhəbbətdə bir-birlərinə əsl vəfa timsalıdır.Cütlüklər bir-birlərinə çox sədaqətlidir, həmişə bir yerdə üzürlər.
Mandarin ördək lərin həm "evli” olanı, həm də "subay”ı elə bil insanları təqlid edirlər. Onlar da insanlar kimi bir-birinə qarşılıqlı anlaşma göstərir, sanki sevdikləri qarşısında öhdəlik götürürlər.

Mandarin ördəyi  - sevgi və səadətin simvolu

 

Mandarin ördəyi  - sevgi və səadətin simvolu


Qeyd: Yazı vikipediya məlumatları əsasında hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz