» » "Maral, maral, maral...Eşqinə düşdüm, maral... "

"Maral, maral, maral...Eşqinə düşdüm, maral... "

"Maral, maral, maral...Eşqinə düşdüm, maral...  "

Bəlkə də yazının sərlövhəsindən elə bildiniz ki, bir ara, elə indi də yaman "dəbdə" olan "Maral, maral, maral..."mahnısından, onun ən bərk gedən ifaçısı Nadirdən danışacağıq. Yox eyyy, təbiətin bu gözəl məxluqunun taleyinə acımaq istəyirəm. Yanıb-yaxılıram hər yadıma düşəndə.

Kaş kor doğulaydın, şil doğulydın. Qonşuların haqqında şaiyə danışaydılr, evdə qız qalaydın...Təki, təki gözəlliyin dilə-dişə düşüb qətlinə fərman hazırlatmayaydı. Səni sevən biz, bir dəfə görünmədin bizə, elə nə bildiksə, televiziyadan, internetdən, Nadir Qafarzadənin  mahnısından bildik.

"Maral, maral, maral...Eşqinə düşdüm, maral...  "

Gözəllər az olur, hamı onların həsrətindədir deyə,  məxsusi qoruqlar yaratdılar, kimsəni həndəvərinə dolanmağa qoymadılar. Əlimiz əlinə çatmadı, səsimiz səsinə. Sərbəstlikdə qalanlarınıızı da  atəşə tutub meşələrin lap dərinliklərinə çəkilməyə məhkum etdilər. Özləri istəyəndə lap kinolardakı kimi altdan geyib üstdən qıfıllandılar, üstdən geyib altdan qıfıllandılar, uçağa oturub yarım saata çox romantik şəkildə gəlib töküldülər yanına. Biz hardan gələ bilərdik ki, ora. Bir yerə gedib gəlməyə saatlarla avtobus gözləyirik. Minəndə də o qədər basabas olur ki, mümkün qədər evdən bayıra çıxmamağa çalışırıq. Qalmışdı ey haralarda olan tuqay meşələrinin dərinliyinə gedək. Əlaqəmiz olsaydı, dərdləşərdik, bəlkə bəzi mətləblərdən vaxtında hali edərdik, güdaza getmədiniz.

Qətər şeyxləri gəlmişdilər, ha özümüzü o yerə qoymasaq da, xəlvət-xəlvət izləyirdik. Mil düzünə - Kür-Araz ovalığının cənub-qərb hissəsində ov etdilər. Bəzi telekanallar, saytlar, qəzetlər bəh-bəhlə yayımladılar. Əski zamanlarda belə münasibətləri müdriklər yaxşı qəbul etmirdilər. Bir kəndə o kəndin gənci başqa yerdən gənc dəvət edirdisə, qızları görür deyə, onları hər yad gözdən, yad baxışdan qorurdular. Biz tolerntlıq edirik. Nəsil yeniləndə də "Apardı sellər Saranı" şərqisi yadigar qoyuruq.

Ağlama, ceyran balası,

Sızlama, ceyran balası,

Gedər gözün qarası.

Soyunum, bax canıma,

Hamısı da sevda yarası...

Kim bilir, sən indi hadasan, buynuzlarından, dərindən kim əntiq kreslo, çarpayı və sair aksessuar düzəldib....Kaş sənin minatürlü buynuzların olmaya idi...Kaş dırnaqların olmaya idi...Bu qədər heyranedici dərin olmayaydı. Bəni-insanların təhlükəlilərini çox uzaqdan müəyyən edə biləydin, yaxınlaşanda gözünün birini yumaydın, axsaya idin. Seyrəklik olnda xəlvətə çəkilib buynuzlarının müəyyən hissələrini ağacların haçalarına ilişdirib sındıraydın. Arda bir kollara sürtünüb dərini çıraydın, qanadaydın... mənhus niyyətlərindən daşınıb dah yaxşısı dalınca düşə idilər, xata səndən sovuşa idin...İndi də yaşayırdın öz seyrangahında...

Öldürəcək bu qəm məni, bir himə bəndəm, axsın eyim yaşı, hər yeri sel aparsın...

"Maral, maral, maral...Eşqinə düşdüm, maral...  " 

"Maral, maral, maral...Eşqinə düşdüm, maral...  " 

"Maral, maral, maral...Eşqinə düşdüm, maral...  " 

Barı, bu gündən sonra özünü qoru. Bizdən qorxma. O gözlərdən qoru ki, iştiyaqü-həvəsi güclüdür və pulu da var, həm də bir anbar... Sənə sədəmə toxunsa onlardan toxunacaq. Pulu olmayanın qəhrəmanlığı olmur, havanıgüclə alır, qalmışdı Kür-Araz ovalığının cənub-qərb hissəsində gəlib oxları bir-bir çilleyi-kamana mindirib sənə qıysın.

Çox sındırdılar bizi. Sənə rəğbətlərini ifadə edərək gözəl qızlarımıza sənin adını verdilər. Peşman oldular, sənə dikələn bəd baxışlar, nəzərlər çoxaldı. İndi, həyatdakı prototiplərinin taleyi də sənin taleyinə yaxınlaşdı. Nadir nə demək istəyir görən? Adam da sevdiyi haqqında hislərini belə təmtəraqla bəyan edərmi? Öldürəcək bu dərd məni, ayaq üstə olmağıma baxma:

Ağlaram ağlar kimi,

Dərdim var, dağlar kimi,

Yüz yerdən yaralıyam,

Gəzərəm sağlar kimin.....  

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz