» » Ağaclar haqqında bunları bilirdinizmi (II yazı)?

Ağaclar haqqında bunları bilirdinizmi (II yazı)?

Müəllif: Dəyanət от 16-11-2016, 08:00
Söyüd ağacı (melanxoliya)

Stresdən heç xoşlanmaz. Ailə həyatını sevər. Xəyallarının arxasınca düşməyi sevər. Gözəl olan hər şeyə maraq göstərər. Etik-estetik baxışları çox inkişaf etmişdir. Dürüstdür və başqalarına təbəssüm bəxş etməkdən xoşlanar. Eşqdə doğru insanı tapana qədər bezmədən axtarışını davam etdirər. Əsla yorulmaz. Egzotik yerlər başlıca maraq sahəsidir.

Ağaclar haqqında bunları bilirdinizmi (II yazı)?

Cökə ağacı (şübhə)

Ağıllı və çalışqandır. Həyatdakı pis vəziyyətləri yaxşıya çevirmə istiqamətində çox müvəffəqiyyətlidir. Mübahisə və stresdən xoşu gəlməz. Uzaq yerlərə səyahətə hədsiz maraq göstərə. Fədakarlıq göstərməyə meyillidir. Ailəsi və yoldaşları üçün bir şey etməyə hazırdır. Çox qabiliyyətləri vardı,r lakin hamısını istifadə etmək üçün zamanı bəs etməz.
Liderlik xüsusiyyətlərinə malikdir. Bəzən qısqanc da ola bilər.

Zeytun ağacı ( müdriklik)

Günəşi çox sevər. İstiqanlılıq və nəzakət ruhundadır. Şəxsiyyəti hər vaxt nümunədir. Gərəksiz davranışlardan çəkinər, sakit və həssas bir quruluşa malikdir. Şiddəti heç sevməz. Qısqanclıq etmək adəti deyil.

Fındıq ağacı (sıradışılık)

Zarafat qabiliyyəti inkişaf etmişdir. İstəklərində israrçı davranar, amma bir o qədər də anlayışlıdır. İctimai və ictimai hadisələr qarşısında çox həssasdır.
Mükəmməl və dürüstdür.
Quşarmuduı (həssaslıq)

Cazibəlidir. Diqqət çəkməkdən xoşlanar. Həyatı və dinamizmi sevər. Ehtirasla sevər. Yaradıcılıq fantazisiyası inkişaf etmişdir. Güzəşt etməz. Hər mövzuda həssas bir xarakteri vardır. Yaxşı dostdur.

Ağaclar haqqında bunları bilirdinizmi (II yazı)?

Çinar ağacı(sevinc)

Sıravi deyil. Təxəyyülü geniş və xarakteri özünəməxsus bir tərzdədir. Ehtiraslı, bir az utancaq, özünə güvənən və davamlı olaraq yeni hədəflərə qaçar. Yenilik tərəfdarıdır. Zaman- zaman əsəbi ola bilər, amma həyatı sevər. Təsir edə bilməyi çox xoşlar.

Ağaclar haqqında bunları bilirdinizmi (II yazı)?

Qoz ağacı (ehtiras)

Ziddiyyətlərlə doludur. Zaman- zaman eqoist davrana bilər. Mərhəmət istiqaməti də çox inkişaf etməmişdir. Münasibəti bir az çətindir. Ehtiraslarına çox vaxt təslim olur. Bir məsələyə gözlənilməyən reaksiyalar da verə bilər. Həyatını müəyyən strategiyalar üzərinə qurar. Bir qədər də qısqancdır. İnadından dönməz.

Şabalıd ağacı (dürüstlük)

Təsiredici bir istiqaməti vardır. Ədalət duyğusu çox inkişaf etmişdir. Plan etməyi çox sevər. Sanki diplomat olaraq doğulmuşdur. Ətrafındakı digər insanların duyğularına qarşı çox həssasdır. Çalışqan və lider mövqedədir. Ailə qurmağa böyük önəm verir, sevdiyinə olduqca sadiqdir.

Ağaclar haqqında bunları bilirdinizmi (II yazı)?

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz