» » İsgəndər tutuquşusu

İsgəndər tutuquşusu

İsgəndər tutuquşusu

İskəndər tutuquşusu ("Psittacula eupatria"), papağangillər ("Psittacidae") familiyasına aid bir tutuquşu növüdür. Digər bir "İskəndər tutuquşusu" olaraq adlandırılan daha kiçik bir növdən ("Psittacula Kramer") ayırd edilə bilinməsi üçün adına "Böyük İskəndər tutuquşusu” da deyirlər. Əslində, bu tutuquşular Avropaya ilk olaraq Büyük İskəndər tarafından Hindistandan getirilmişlər.
Türkiyədə olan iki tutuquşu növündən biri olan İskəndər tutuquşusu ayrıca Pakistan, Əfqanıstan və Hindistan kimi Asiya ölkələrində də mövcuddur. Digər tutuquşu növlərindən soyuğa qarşı daha dayanıqlı olan bu tutuquşular "neozoon” (yeni xarici cürlər) olaraq Almaniya/Köln, İngiltərə/London; Yaponiya/Tokyo və ABŞ/New- York kimi böyük şəhərlərin parklarında sürülər halında da təsadüf oluna bilər.

İsgəndər tutuquşusu

Xarici xüsusiyyətləri

Böyük İskəndər tutuquşusu 48-58 sm böyüklüyü ilə ailəyə mənsub digər növlərdən daha böyük olur. Boynunun ön qisimində qara, arxa qisimində çəhrayı bir bant var. Qanadlarının üstündə (çiynində) qırmızımtıl qəhvəyi bir ləkə var. Quyruq tükləri mavi-yaşıldır və quyruğun ucuna doğru sarı olur. Dimdiyi qıpqırmızı, gözləri solğun sarı rəng və ayaqları yaşılımtıl bir boz rəngdir.

İsgəndər tutuquşusu

Həyat tərzi


İskəndər tutuquşusu meşələrdə və orta sıxlıqlı ağaçlı bölgələrdə gəzib -dolaşır və toxum, nevrezil, nüvə və meyvələr axtarır. Axşamları bütün sürü həmişə eyni ağacların üzərinə geri dönüb gecəni orada keçirir.
Nəsil artırmaq üçün ağaclara əksəriyyətlə özlərinin hazırladığı qovuqlara 2-4 yumurta qoyurlar. 20-25 gün içində yumurtadan çıxan balalar həm ana, həm ata quş tərəfindən bəslənilir. 6 həftə sonra balalar yuvanı tərk edər.
İskəndər tutuquşusu sevilən bir ev heyvanı olaraq yetişdirilir. Ağ, sarı və mavi kimi başqa rənglərdə olanları da tapıla bilər.
 

İsgəndər tutuquşusu

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz