» » Vəhşi heyvanlar niyə meşənin dərinliklərinə yox, kəndə yaxınlaşır?

Vəhşi heyvanlar niyə meşənin dərinliklərinə yox, kəndə yaxınlaşır?

Vəhşi heyvanlar niyə meşənin dərinliklərinə yox, kəndə yaxınlaşır?

 

Kütləvi informasiya vasitələrində bir şəkil səbəb oldu bu fikirlərimi sizinlə bölüşməyə. Yəqin siz də rast gəlmisiniz: Oğuz rayonunda ayı bir kəndə, uşaq bağçasına basqın edib.İki il öncə Şamaxıda da belə bir hadisə baş vermişdi. Bunlar bir neçə hadisədən ancaq ikisidir.
Uşaqlığım o illərə təsadüf edir ki, təbiət əsrarəngiz, həyat da nağıl dolu idi. Bizim həyətdə mal tövləsindən heç də balaca olmayan toyuq hini vardı. O vaxt kəndin əksəriyyətində belə idi. Həyətdə toyuqlara ağaclara rahat çıxmaq üçün nərdivan düzəldirdilər. Valideynlərimiz də, biz də yumurta götürməyə gedəndə vedrə aparırdıq. O vaxtlar çaqqal, ayı, canavar hinlərə yaxınlaşdığı, insanlara zərər verdiyi heç olmazdı. Bunlar hələ çox-çox sonralar baş verəcəkdi.
Rasim Kərimli demiş:
Tülkülər, çaqqallar o qədər artıb,
Bir toyuq, bir cücə saxlamaq olmur...

Şeirin siqlətində, söz yox ki, məcazilik də var. Amma şəxsi həyətyanı təsərrüfatlarda istər iribuynzlu mal-qaranın, istər davarın, istərsə də ev quşlarının sayında fərqediləcək dərəcədə azlma, seyrəklik yarandı.
Bu, o vaxtlar idi ki, elliklə kəndlə şəhər arasındakı fərqləri aradan qaldırmaq kampaniyası aparılırdı. Kəndi elə "mədəniləşdirdilər " ki, "Nu, poqodi" cizgi filmində "Volk" içəri daxil olmaq istəyəndə keçiddə metrodakı kimi qabağııı kəsib içəri saç-saqqalını qırxıb, üst-başını ütüləyib buraxdılar ha, bax, həmin vəziyyətə saldılar. Kənddən 1-2 km aralı tala, yarğanlar, dağ başlayırdı. Bizim təbiət üçün xas olan hər cürə meyvə vardı: alça, zoğal, alma, armud, qoz, şabalıd, yabanı xurma, fındıq, itburnu, yemişən, böyürtkən və s. İndi yoxdu bunlar...Hamısı zadəganların istirahət məkanına çevrilib, kafe, restoranlara çevrilib.Təbiətə divan tutulub. 
İnsanların evi, həyəti olduğu kimi, təbiət də heyvanların məskənidir. Bu məskəndən quşlar perik düşüb, heyvanlar başlarını saxlaya bilmirlər. Həyat-yaşayış uğrunda mübarizə onları insanlar yaşayan ərazilərə yaxınlaşmağa vadar edir və aqibətləri də bu xəbərdə qeyd edildiyi kimi heç də yaxşı bitmir.
İnsanlar yaşıllıqları məhv edib, heyvan süfrələrini ruzisiz/azuqəsiz qoyub, indi də tərpənəni ictimailəşdirirlər ki, ayı bağçaya hücum edibmiş (Region TV-yə istinadən) , guya kənd sakinləri əvvəlcə vəhşi heyvanı hay-küy salmaqla qovmaq istəsə də buna nail olmayıb. Qeyzlənən heyvan guya, əvvəlcə, avtomobilə ziyan vurub, daha sonra mal- qaraya xəsarət yetirib.”

Vəhşi heyvanlar niyə meşənin dərinliklərinə yox, kəndə yaxınlaşır?

 

Hansısa kənd sakini ayıya atəş açaraq onu zərərsizləşdirib, yəni öldürüb. Bax, bu da belə.
Elektron mətbuatlarından birində Dövlət Baytarlıq Xidmətinin (DBX) rəis müavini Emin Şahbazovun bir müsahibəsini oxumuşdum.
"....Canavarlar, tülkülər, çaqqallar, porsuqlar və digərləri ev heyvanlarına hücum edirlər, onları zədələyirlər, dişləyirlər. Nəticədə quduzluq yaranır. Hətta quduz ev heyvanları insanlara hücum edirlər. Ona görə də biz hər il itləri vaksinasiya edirik...”
"....Bu da mümkün deyil. Bu baxımdan da ölkəmizin meşələrindəki vəhşi heyvanların sayının tənzimlənməsinə, eləcə də quduzluq xəstəliyi yayan vəhşi heyvanların ovlanaraq məhv edilməsinə ehtiyac yaranıb...”
Qəribə məntiqdir deyilmi? Heyvanları ona görəmi ovlayıb məhv etmək lazımdır ki, meşələrdəki vəhşi heyvanların sayı artıb, hətta onların sayının tənzimlənməsi çıxış yolu kimi göstərilir .

Vəhşi heyvanlar niyə meşənin dərinliklərinə yox, kəndə yaxınlaşır?

Məşhur "Aldanmış kəvakib” əsərində də şahın çağırdığı məclisdə hərbiyə vəziri Sərdar Zaman xan düşmən qoşunlarının şəhərə girə bilməməsi üçün 100 illərlə yaddaşlarda yaşayıb günümüzə çatan strategiya vermişdi: yolları, körpüləri partlatmaq, düşməni dərənin, çayın o üzündə qoymaq; irəliləməsinə əngəl törətmək.
İndi də kəndin sakinləri kəndə yaxınlaşmasın deyə onu zərərsizləşdirsin: nişan alıb düz təpəsinin ortasına atəş açsın, ya da meşələrə, dağlara səlib yürüşü təşkil edib, vəhşi heyvanların sayının tənzimləmək. Vəhşi heyvanların sayı azalsın, güllə səslərinə öd-bağır olub nə qədər başarırlar, qaçıb uzaqlaşsınlar... Elə isə dövlətlər bacararlar ki, təbiətdə nə qədər vəhşi heyvan var, öldürsün, olarmı belə?
Əgər heyvanlar meşənin onların həyatı üçün təbii qaynaq/sipər olan ecazkar dərinliklərini buraxıb kəndlrə yaxınlaşırsa, bunun obyektiv səbəblərini arşdırmaq lazımdır. İndi mütəxəssislər daha maraqlı məlumatlar təqdim edə bulərlər. Görək meşənin təbii ehtiyatları ö sakinlərini təmin edə bilirmi? Əgər meşədə "aclıq” hökm edirsə, buna yönəli tədbirlər görmə lazımdır. Nəinki kəndə yaxınlaşan çaqqalı məftillə ağacdan asıb üstünə yazmaq ki, bizim toyuqlara göz dikənlərin aqibəti budur. Və yaxud 7-8 nəfər çanavarı araya alıb paya ilə döyən video nümayiş etdirirlər.

Vəhşi heyvanlar niyə meşənin dərinliklərinə yox, kəndə yaxınlaşır?

 

İnsanlar təbiətə və təbii ünsürlərə münasibətlərini dəyişməlidir. Yəqin bilirsiniz, heyvan haqları ilə bağlı beynəlxalq bəyannamə var: 15 Oktyabr 1978 tarixində Parisdə YUNESKO Mərkəzində mərasimlə elan edilmişdir. Bu mətn, 1989-ci ildə Heyvan Haqları Federasiyası tərəfindən yenidən təşkil olunaraq 1990-ci ildə YUNESKO-nun Baş Direktoruna təqdim olunmuş və həmin il xalqa açıqlanmışdır.
Halbuki, heyvan haqları beynəlxalq qanunlarla (Heyvan Haqları Universal Bəyannaməsi) qorunur. Bəannamə 15 Oktyabr 1978 tarixində Parisdə YUNESKO Mərkəzində elan edilmişdir. Bəyannamənin mətni 1989-ci ildə Heyvan Haqları Federasiyası tərəfindən yenidən təşkil olunaraq 1990-ci ildə YUNESKO-nun Baş Direktoruna təqdim olunmuş və həmin il xalqa açıqlanmışdır. Bəyannamə 14 maddədən ibaətdir:

1. Bütün heyvanlar həyat qarşısında bərabər doğulurlar və eyni yaşamaq hüququna malikdirlər.
2. Bütün heyvanlar qaygı görmə haqqına malikdir. Bu haqqı saya almayaraq onları məhv etmək olmaz.
Bütün heyvanların insan qaygısına, baxımına və qorunmasına ehtiyacı vardır.
3. Heç bir heyvana qarşı pis davranmaq, amansız və qəddar hərəkət etmək olmaz. Bir heyvanın öldürülməsi zəruri olarsa, bu, bir anda, əziyyət vermədən və qorxutmadan aparılmalıdır.
4. Yabanı növdən olan bütün heyvanlar, öz xüsusi təbii dairələrində quruda, havada və suda yaşamaq və nəsil artırmaq hüququna malikdir. Elmi məqsədli olsa belə, həyatdan məhrum etmənin hər bir növü bu hüquqa ziddir.
5. Ənənəvi olaraq insanların ətrafında yaşayan bir növdən olan bütün heyvanlar uyğun bir şəkildə növünə xas həyat şəraiti və azadlıq şəraitində yaşamaq və çoxalma hüququna malikdir.
6. İnsanların yanlarına aldıqları bütün heyvanlar təbii ömür uzunluğuna uyğun proseslə yaşamaq hüququna malikdir. Bir heyvanı tərk etmək amansız bir davranışdır.
7. Bütün çalışan heyvanların iş müddəti və sıxlığı məhdudlaşdırılmaqla güclərini bərpa edən qidalanma və istirahət hüququna malikdir.

Vəhşi heyvanlar niyə meşənin dərinliklərinə yox, kəndə yaxınlaşır?


8. Heyvanlara fiziki, ya da psixoloji bir əzab verən təcrübələr aparmaq heyvan haqlarına ziddir. Tibbi, elmi, ticari və ayrıca şəkillərdəki hər cür təcrübələr üçün də vəziyyət belədir.
9. Heyvan qidalanmaq üçün yetişdirilibsə, baxılmalı, ərzaq kimi istifadə anında əziyyət vermədən və qorxutmadan kəsilməlidir.
10. Heyvanlardan insanların əyləncəsi kimi istifadə etmək olmaz və heyvanlardan istifadə ilə edilən tamaşalar heyvan şərəfinə ziddir.
11. Zərurət olmadan bir heyvanın öldürülməsi həyata qarşı cinayətdir.
12. Çox sayda vəhşi heyvanın öldürülməsi bir soyqırım, yəni bir cinayətdir.
13. Heyvan ölümünə də hörmət etmək lazımdır. Heyvanın öldürüldüyü şiddət səhnələri kino və televiziyada qadağan olunmalıdır.
14. Heyvanları qoruma və müdafiə qaydaları, hökumət səviyyəsində təmsil olunmalıdır. Heyvan haqları da insan haqları kimi qanunla qorunmalıdır.

Azərbaycan dövləti dünyanın qlobal problemlərinə həmişə öz töhfəsini verməkdədir. Azərbaycan Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq tədbirlərdə fəal iştirak edir və dünya ölkələrinə nümunə olur. Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) əməkdaşlığı ilə həyata keçirilən "Yaşıl həftə" layihəsi çərçivəsində Ətraf Mühit və Sağlamlıq üzrə Avropa Nazirlər Şurasının üçüncü iclası bizim ölkəmizdə keçirilib. İclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi Leyla Əliyeva iştirak edib. Leyla xanım İDEA-nın ali məramlarından söz açıb:"Bizim "İDEA Yaşıl Azərbaycan naminə" təhsil və tərbiyə layihəmiz əhalinin ətraf mühitlə bağlı məlumatlandırılmasına, onların bu istiqamətdə nəzəri və praktiki biliklərini artırmağa yönəlib.
Biz də belə hesab edirik ki, təbiət üçün, planetimis üçün cavabdehlik , ilk növbədə, onu tanımaqdan, öyrənməkdən, daha sonra öyrəndiklərini tətbiq etməkdən başlayır. Ğzümüzü biz də bu maarifləndirmə layihəsində hiss edirik..İDEA-nın tərəfdarları kimi

Vəhşi heyvanlar niyə meşənin dərinliklərinə yox, kəndə yaxınlaşır?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.