» » İnsanlar təbiətin, heyvanların dilini bilsə idilər

İnsanlar təbiətin, heyvanların dilini bilsə idilər

İnsanlar təbiətin, heyvanların dilini bilsə idilər

Bəzi müşahidə və sınamalar heyvanların davranışlarına diqqət edildiyində itkilərin qarşısını almaqda və ya az ola bilməsi ilə bağlı inamların yaranmasına səbəb olmuşdur.
E.ə. 373-ci ilə aid bir şəkil var, Yunanıstandakı Helice zəlzələsi zamanı Korinth liman şəhəri sular altında qalmadan bir neçə gün əvvəl siçan və ilanlar şəhəri tərk etmişlər. Ancaq insanlar bu 1974-ci ildə Çin hökuməti sıx zəlzələ bölgəsi olan Liaoning əyalətində heyvanlardan istifadə etməklə zəlzələ təxmini üzərində böyük bir təcrübə etmişlər:100 min könüllü, 30 minlik əhalisi olan əyalətdə məlumatlandırma əməliyyatını icra etmiş, heyvanların davranışlarında anormallıq sezdiklərində dərhal xəbər vermişlər: "ilanlar qış yuxularından oyandı", "ev quşları narahatdırlar", "atlar ahurlarda qaçmağa çalışırlar", " siçanlar yuvalarını tərk etdilər" və s.
Elm adamları və hökumət nümayəndələri bu yolla 4 fevral, 1975-ci il saat 11.00 -da ola biləcək zəlzələ təhlükəsi siqnalını vermişlər. 8 saat sonra 7,3 böyüklüyündə bir zəlzələ yaşanmışdır. Əyalətdə bir çox bina yıxılmış ancaq insani itkilər çox az olmuşdur (ölənlər də təhlükə siqnalını ciddiyə almayan insanlardır). Heyvanların köməyi ilə minlərlə insanların həyatını xilas etmək mümkün olmuşdur.

İnsanlar təbiətin, heyvanların dilini bilsə idilər

1948-ci ildə meydbaş vermiş Aşqabad zəlzələsinin şahidi olanlardan biri də jurnalist Peskov olmuşdur. O, başına gələn və adamı heyrətə salan hadisəni belə izah etmişdir: "Yoldaşımla ikimiz Aşqabadda çalışırdıq. O gecə evə gec getmişdik. Gələn kimi yatmadım. Mən sənədləri gözdən keçirirdim, yoldaşım kitab oxuyur, qızımız da oyuncaqları ilə oynayırdı. Birdən köpəyimiz qızımızı boynundan tutub çölə atıldı, qudurduğunu sandıq. Mən də silahla arxasınca bayıra qaçdım, yoldaşım da. Elə bu an arxamızda evimiz yıxıldı "Necə olur, heyvanlar zəlzələni belə hiss edirlər? Qeofiziklərin gikrinə görə, heyvanlar havadakı radon qazı nisbətinin artdığını fərqinə vara bilirlər. Zəlzələ əvvəli yerin alt laylarından aktiv bir şəkildə radon qazı çıxmaqda və qazın havadakı konsentrasiyası onlarla dəfə artmağa başlayır.İtalyan biofizik Tribuşun fikrinə görə, yer qabığının zəlzələ əvvəli gərginliyi, yığılan elektrik axınlarının ortaya çıxmasına və heyvanlarda həddindən artıq həyəcana səbəb olan serotonin hormonunun ifraz olunmasına səbəb olmaqdadır.

İnsanlar təbiətin, heyvanların dilini bilsə idilər

Bəzi fərziyyə görə, heyvanlar uzaq məsafələrdə belə yer qabığı da daxil olmaq üzrə fərqli qatlarda gərginliyi hiss etmə xüsusiyyətinə sahibdirlər. Məsələn, bəzi itlərin, arada böyük məsafələr olmasına baxmayaraq, sahiblərinin öləcəklərini hiss edib yemək yemədikləri, narahatşılıqları müşahidə edilmişdir.
2004-cü ildə İndoneziyada - Hind okeanında baş verən zəlzələ nəticəsində böyük dalğalar yaranıb çoxlu insanları həlak olmuşdur. Suniamidən sonra da fəlakətin əvvəlində heyvan əvvəl də, sonra da heyvanların davranışlarında ciddi dəyişikliklər müşahidə edilmişdir. Məsələn dəniz fənəri gözətçisi tsunamidən bir neçə saat əvvəl antilop sürüsünün sürətlə sahildən uzaqlaşdığını, yaxındakı təpəliklərə qaçdığını görmüşdür. Fillər də davranışları ilə xəbərdarlıq etmişlər, hətta yalnız xəbərdar qalmayıb, həm də bəzi insanları ölümdən qurtarmışlar. Tsunami əvvəlində turistləri kürəklərində gəzdirən fillər əmrlərə tabe olmayıb sahildən sürətlə uzaqlaşırmış, fillər bu şəkildə kürəklərində daşıdıqları turistləri də qurtarmışlar. Bağlı olan fillər də zəncirləri qırıb təpəliklərə qaçmışlar.
 
İnsanlar təbiətin, heyvanların dilini bilsə idilər

Elm adamlarına görə, fillər fəlakət nəticəsində ortaya çıxan infrasəsleri duyurlar. 2004-cü ildə baş vermiş fəlakət zamanı hərəkət azadlığı olan bütün yabanı heyvanlar təhlükəli bölgəni tərk etmiş, tsunamidən xilas olmuşlar. Məsələn, tsunamiyə məruz qalan Hind milli parkındaki 2000 heyvandan yalnız 1 çöl donuzu ölmüşdür. Yenə tsunami dalğası altında qalan Şri-Lankadakı Yala milli parkında yüzlərlə fil və onlarla bəbirdən heç biri ölmemişdir. Maraqlı bir məqam da budur ki, heyvanlar yalnız zəlzələ və sunami xəbərdarlığını etmirlər. Məsələn, II Dünya müharibəsində ingilislər heyvanların davranışlarından almanların hava hücumlarını qəti olaraq təxmin etməyi öyrənmişlər.
Bəli, tarix boyunca yaşanan hadisələr və müşahidələr heyvanların bu xüsusiyyətlərindən insanlıq üçün daha faydalı bir şəkildə istifadə edilməsinin lazım olduğunu göstərməkdədir.
İnsanlar təbiətin, heyvanların dilini bilsə idilər

Qeyd: yazı türkcədən tərcümə ilə işlənmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz